Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhidin ad günü məzarı yanında qeyd olunub - Fotolar

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan İsmayıllı rayonunun Cülyan kəndindən olan Osmanlı Teymur Saday oğlununun ad günü uyuduğu qəbiristanlıqda məzarı yanında qeyd olunub.

PİA.az xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin məsul işçiləri, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. İştirakçılar şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.

Teymur Osmanlı yaşasaydı 26 yaşını qeyd edəcəkdi.

Anım mərasimində şəhidin həyat yolundan danışılıb, 2020-ci il oktyabrın 17-də Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olduğu vurğulanıb. Şəhid Teymurun valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildiriblər.

Daha sonra Cülyan kəndindən olan, Birinci Qarabağ müharibəsi şəhidi Bağırov Çingiz Kərəm oğlunun da məzarı ziyarət edilib. Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Tədbir çərçivəsində hər iki şəhidin adını daşıyan bulaq kompleksinin açılış mərasimi keçirilib.

Tədbirdə Cülyan kənd tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib.(Report)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar