Bazar ertəsi, 02 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

ABŞ kəşfiyyatı Avropalı liderləri necə izləyib? – Qalmaqallı informasiya mediaya sızdı

Birləşmiş Ştatların Milli Təhlükəsizlik Agentliyi (NSA) 2012-ci ildən 2014-cü ilədək Almaniya Kansleri Angela Merkel daxil olmaqla Avropanın aparıcı siyasətçilərini izləyib. Danimarka və Avropa mediası bu işin Danimarka kəşfiyyatının köməyilə gerçəkləşdirildiyini yazır.

Media Danimarka Müdafiə Kəşfiyyatı Xidmətinin 2015-ci ildə NSA-nın tərəfdaşlıqda roluna dair daxili təhqiqatının nəticələrini yayıb. Mayın 30-da Danimarkanın DR dövlət televiziyası təhqiqata çıxışı olan, adını çəkmədiyi doqquz mənbəyə istinad edib.“NSA Danimarka hərbi kəşfiyyat bölməsi ilə əməkdaşlıqdan yararlanırmış”, DR bildirib.

Təhqiqata görə, NSA İsveç, Norveç, Fransa və Almaniyada aparıcı rəsmiləri izləmək üçün Danimarkanın informasiya kabellərindən istifadə edib. Rəsmilər sırasında Merkel, Almaniyanın keçmiş xarici işlər naziri Frank-Valter Ştaynmeyer də olub.

İsveç, Norveç, Niderland və Britaniyaya gedib-gələn sualı internet xətlərinin quru kabel stansiyalarından bəziləri Birləşmiş Ştatların yaxın müttəfiqi olan Danimarkada yerləşir. İddialara görə, casusluq üçün Kopenhagen yaxınlığındakı adada xüsusi data mərkəzi tikilibmiş.

DR bildirir ki, 2019-cu ilin iyununda vəzifəyə keçmiş Danimarkanın Müdafiə naziri Trayn Bramsen 2020-ci ilin avqustunda casusluq haqda bilgiləndirilib. Bramsen telekanala deyib ki, yaxın müttəfiqləri sistematik dinləmək qəbuledilməzdir. NSA və Danimarka Müdafiə Kəşfiyyatı Xidməti məsələni şərh etməyib.

Almaniya kanslerinin sözçüsü isə bildirib ki, iddialardan jurnalistlər soruşanda xəbər tutublar və əlavə şərh verməyib.

Almaniya hökuməti mayın 31-də məlumatı izlədiyini bildirib.

İsveçin Müdafiə naziri Piter Hultqvist yerli SVT televiziyasına deyib ki, bu məsələlər üzrə tam məlumat tələb edir. O, Danimarkanın iddiaları izah etməli olduğunu vurğulayıb.

“Məsələnin açılmasını istəyirik”, – deyən Hultqvist “üttəfiqləri dinləməyin qəbuledilməz olduğunu söyləyib. Norveçin Müdafiə naziri Fransk Bakke-Jensen isə NRK televiziyasına “iddiaların ciddi qəbul edildiyini bildirib. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rəşad Mahmudov Eldəniz Səlimov barədə: "...sizi tanıdığıma çox şadam"

Kremlin təlxəyi Jirinovskinin son açıqlaması - Moskva Azərbaycana hansı mesajı yollayır?..

İntizam komissiyası polisi döyən deputatla bağlı qərar verdi

Türkiyədə meşələri PKK ilə əlaqəli marksist kürd terrorçuları yandırıb

Bakıda təhlükəli vəziyyət: Bu binalar hər an uça bilər - Video

Vaqif Axundovun həbs olunan bacısı oğlu azadlığa çıxdı

Bakıda saxta vaksin sənədi verən şəxslər saxlanıldı - Video

Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda görünməyən gecə həyatı: Ərəb turistlər, klub qadınları, qəlyan - Video

Zülfüqarovdan Jirinovskiyə reaksiya: "Klounu iqnor etmk lazımdır"

“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? – Detallar

Türkiyənin daha bir bölgəsində də yanğın başladı

Ən çox oxunanalar