Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

"Report" qurumun saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

AFFA-nın İntizam Komitəsinin sədri və aşağıda adı göstərilmiş üzvləri təsdiq olunsun:

- Sədr: Erkin Hüseynov

- Üzvlər: Cahangir Həsənzadə, Məhəmməd İsmayılov

2. Oyunçuların Statusu və Transferi Komitəsinin yeni Əsasnaməsinin təsdiq olunsun

3. Fritz Stuchlikin Hakimlər Komitəsinin sədri vəzifəsində müqaviləsinin müddəti uzadılsın

4. Babək Quliyev Hakimlər Komitəsinin üzvü vəzifəsinə təsdiq olunsun (vakant yerə)

5. Hakimlər üçün “Tofiq Bəhramov mükafatı”nın Əsasnaməsi təsdiqlənsin. Mükafat 2021-2022-ci il mövsümündən etibarən təqdim olunsun

6. Birinci Divizionda limit aşağıdakı kimi müəyyənləşsin:

5 nəfər təvəllüdü 2000-ci ilə qədər olan futbolçu, 6 nəfər yaş məhdudiyyəti olmadan. Yaş məhdudiyyəti tətbiq olunmayan 6 futbolçudan 2-si legioner ola bilər

7. Əvəzedici komandası Birinci Divizionda və qadınlardan ibarət komandaları müvafiq liqalarda iştirak etməyən klubların 2020-2021-ci il mövsümü üçün nəzərdə tutulan müvafiq cəriməsi COVİD-19 pandemiyası ilə əlaqədar ləğv olunsun. 2021-2022-ci il mövsümündə əvəzedici komandasının Birinci Divizionda iştirakını təsdiq etməyən klub müvafiq qaydada 150.000 (yüz əlli min) AZN cərimə məbləğini 3 ay ərzində ödəməlidir. Əvəzedici komandası Birinci Divizionda iştirak edən hər bir kluba AFFA tərəfindən 50.000 (əlli min) AZN ödənilsin;

8. Pandemiya səbəbindən futzal üzrə ölkə çempionatının keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm futzal üzrə UEFA kubokunda çıxış edəcək klubun müəyyənləşdirilməsi Futzal Federasiyasına tapşırılsın

9. Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva ilə müqavəli 1 il müddətinə uzadılsın

10. 2021-2022-ci il mövsümündən başlayaraq Birinci Divizionda çıxış edən ən azı 2 kluba 2022-2023-cü mövsümündən etibarən sponsorların tapılması məqsədilə AFFA tərəfindən çalışmalara başlanılsın (klublar sponsor tapılmasında çətinliklər yaşadığı üçün)

11. Növbəti mövsüm üçün Birinci Divizion klublarından heç birinin Premyer Liqa ilə bağlı lisenziya şərtlərini yerinə yetirə bilməməsi və pandemiya ilə bağlı ortaya çıxan çətinliklər nəzərə alınaraq, Premyer Liqada növbəti mövsüm də ötən mövsüm çıxış etmiş komandalar iştirak etsin.

İclasda məlumat verilib ki, “Turan Tovuz” Futbol Klubunun nəzdində inşa olunmuş Akademiyanın saxlanılması üçün 1 illik 400 000.00 AZN vəsait tələb olunur. Bununla əlaqədar AFFA tərəfindən FIFA-ya müraciət ünvanlanıb. Layihə FIFA tərəfindən müsbət dəyərləndirilib. Növbəti 3 il ərzində “Turan Tovuz” Futbol Klubunun nəzdindəki akademiya FIFA-nın ayırdığı vəsait hesabına maliyyələşəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar