Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həqiqətənmi təhsilə və səhiyyənin inkişafına ayrılan pullar boşuna xərclənir?..

Millət vəkili təhsilə və səhiyyəyə ayrılan vəsaitdən gileyləndi, ekspert də ona haqq qazandırdı...

Təhsil eksperti: “Mən Fazil bəyin fikirinə haqq qazandırıram. Çünki istər səhiyyədə, istərsə də təhsildə hər hansı mütərəqqi inkişafı hiss etmirik”.

“Səhiyyəmizin bərbad olmasının bir çox səbəbləri var. Məlumdur ki, Azərbaycanda səhiyyə sahəsinə aid bir universitet var. İkinci universitetin yaranmasına imkan vermirlər”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi millət vəkili Fazil Mustafanın təhsil və səhiyyə haqqında dediyi fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Milli Məclisdə çıxış edən deputat Fazil Mustafa deyib ki, təhsil sahəsində tətbiqi tədqiqatlara 4 milyon manat ayrılır. Səhiyyəyə də ayrılır. Bu formal rəqəmlərdir. Bizdə nə təhsil sahəsində, nə də tibbdə tədqiqat aparılmır.

Deputat təhsil müəssisələrində idman infrastrukturunun olmamasından narazılığını ifadə edib:

“Universitetlər içərisində də tək Ali Neft Məktəbində və UNEC-in yeni korpusunda idman infrastukturu qurulub. Digərlərində isə yoxdur. Bu o deməkdir ki, biz tələbəni universitetə bağlayan bir infrastrukturdan məhrumuq. İdman infrastrukturunun olmaması universitetlərin reytinqinə də təsir edir”.

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Distant təhsildən sonra sanki təhsil sahəsi tənəzzül dövrünü yaşayır”.

Təhsilin inkişafı üçün ayrılan vəsait düzgün xərclənsə, hansısa nailiyyətə nail olmağın mümkünlüyünü düşünən ekspert PİA.az-a açıqlamsında qeyd edib ki, təhsil sahəsinə kifayət qədər pul ayrılır, nəticəsi isə olmur:

“Mən Fazil bəyin fikirinə haqq qazandırıram. Çünki istər səhiyyədə, istərsə də təhsildə hər hansı mütərəqqi inkişafı hiss etmirik. Buraya bəzi universitetlərin fərdi qaydada əldə etdikləri uğurlar aid deyil.

Səhiyyəmizin bərbad olmasının bir çox səbəbləri var. Məlumdur ki, Azərbaycanda səhiyyə sahəsinə aid bir universitet var. İkinci universitetin yaranmasına imkan vermirlər. Əgər Tibb Universitetinin əlavə alternativi olarsa, rəqabət olar. Rəqabətin gedişatında da səhiyyə sahəsində nəysə əldə edə bilərik.

Səhiyyəyə ayrılan pulların lazımı yerlərə sərf edilməməsi fikrində də Fazil müəllim haqlıdır. Çünki səhiyyə sahəsinə nə qədər vəsait ayrılsa da, təssüflər olsun ki, dövlət xəstəxanalarında rüşvətin olduğu hər birimizə bəllidir. Bunun da qarşısını almaq üçün səhiyyə sistemində müvafiq islahatlar aparılmalıdır.

Elçin Əfəndi: “Səhiyyə sahəsinə nə qədər vəsait ayrılsa da, təssüflər olsun ki, dövlət xəstəxanalarında rüşvətin olduğu hər birimizə bəllidir”.

Təhsil də ən aşağı vəziyyətdədir. Distant təhsildən sonra təhsil sahəsi tənəzzül dövrünü yaşayır. Təhsilin inkişafı üçün ayrılan vəsait düzgün xərclənsə, hansısa nailiyyətə nail olmaq olar.

Qeyd edim ki, təhsil sahəsində bəzi məsələlərə ayrılan vəsait itmir. Məsələn Prezident tərəfindən modul tipli məktəblərin tikilməsinə vəsait ayrılır. Qəzalı vəziyyətdə olan, yaxud da məktəbləri olmayan kəndlərdə həmin vəsait hesabına məktəblər tikilir. Amma elə təhsil sahələri də var ki, oraya pul ayrılır, nəticəsi isə olmur. Bütün bunlara görə də Fazil müəllimin fikirlərinə haqq qazandırıram”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar