Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorxmaz Hüseynov “diaqnoz” tibb mərkəzi vergidən belə yayınır

Bakıda “Diaqnoz” tibb mərkəzi ona müraciət edən pasientlərin başına elə oyunlar açır ki, oradan diaqnoz gözləyənlər peşman olurlar. Bu klinika saysız-hesabsız şikayətlərin ünvanlandığı tibb mərkəzi kimi tanınmaqla yanaşı, eyni zamanda vətəndaşlara və dövlətə qarşı qanunsuz addımları ilə seçilir. Söhbət açıq şəkildə vergidən yayınmadan gedir.

TİA.Az-a verilən xəbərə görə, “Diaqnoz Tibb Mərkəzi”nə gələn pasientlər müayinə və yaxud analiz üçün ödəniş edəndə qəbzdə əlavə dəyər vergisi (ƏDV) qaytarılmır. Bu da ciddi şəkildə vergidənyayınma faktıdır.
Redaksiyamıza ünvanlanan həmin qəbzlərdən birində də görünür ki, “Diaqnoz Tibb Mərkəzi” ƏDV qaytarmır və Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən bu klinikada araşdırma aparılmasına ciddi zərurət var.


Çünki bu gün ölkənin bütün ticarət subyektləri, tibb mərkəzləri qəbz verərkən ƏDV qaytarır. Ancaq deyəsən bu tibb mərkəzi üçün qanunlar cəngəllik əsasında formalaşır.

Əgər bir klinika vergidən yayınırsa, vətəndaşın hüquqlarını pozursa, vergi orqanlarına bunun üzərindən sükutla keçə bilməz. Ümumiyyətlə, “Diaqnoz Tibb Mərkəzi”ndə bütün işlər baş-ayaqdır.

Gələn şikayətlərə görə, klinikada qiymətlər həddindən artıq bahadır, soyğunçuluğun qarşılığında kimsə “gözün üstə qaşın var” demir.
Bundan əlavə, tibb mərkəzinin elektron poçtu işləmir, məktublara baxılmır, sayta da daxil olmaq olmur ki, analizlərin nəticəsinə baxasan.
KİV-də yayılan xəbərlərdə deyilir ki, cərrahiyyə şöbəsinin həkimləri xəstə pulu ödəyib qurtarana qədər həkimlər əldən- ayaqdan gedirlər.
Əməliyyatdan sonra xəstələrlə kobud rəftar edirlər. Xəstə özünü pis hiss etsə də, bir dəfə baxan ikinci dəfə özünə əziyyət verib xəstəyə baxmır. Xəstələri narahat edən digər məsələ tibbi xidmətin qiymətinin həddən artıq yüksək olmasıdır. Bundan başqa “Diaqnoz” Tibb Mərkəzində həkimlərin işbirliyi var. Belə ki, bir həkimin yanına getdinsə, bütün həkimlərdən keçməyi məsləhət görürlər.

Analiz verməlisən hər şeydən. Bununla da həm öz, həm də digər həkimlərin cibini doldururlar. Bu isə xəstələrin soğan kimi soyulması deməkdir. Bundan başqa, sözügedən tibb ocağında xəstələrə yalnız və yalnız firma dərmanları yazırlar. Bu da göstərir ki, həkimlərlə dərman firmaları arasında işbirliyi var.
Onu da deyək ki, sözügedən tibb mərkəzi “Azərsu” ASC-nin keçmiş rəhbəri Qorxmaz Hüseynova məxsusdur. Q.Hüseynovun biznes subyektlərindən biri olan “Diaqnoz”da ciddi yoxlamalar zamanıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar