Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Feysbukda “Jurnalist Binalari” qrupundaki tamadalarinizi yiqisdirin!” - Tanınmış jurnalistdən MEDİA rəhbərinə...

“Dunən də yazmışdım, jurnalist və sakin olaraq bizim missiyamız obyektiv olmaq, görülən musbət isləri dəstəkləmək, problemləri dilə gətirməkdir. Yerli-yersiz tərif yaqdirmaq, nə onu yazan tamadalara, nə də MEDİA rəhbərliyinə şərəf gətirər”.

PİA.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Etibar Cəbrayıloğlunun Medianın İnkişafı Agentliyinin rəhbərliyinə ünvanladığı çağrışda yer alıb. Etibar Cəbrayıloğlunun bu çaqğrışını oxucularımızın diqqətinə cəlb edirik:

“Medianin İnkişafi Agentliyinin hörmətli rəhbərliyi, bu qurumda çalışan dəyərli dostlar. MEDİA-nin üzərinə çətin və şərəfli bir missiya qoyulub. Sizə tapşırılan işlərin öhdəsindən gələcəyinizə, bəslənən ümidləri doğruldacaqiniza inanmaq istəyirəm.

Uzun müddət mətbuat sahəsində çalışmis, dahi Səməd Vurğun demişkən, indi də yeri gələndə az-az uyduran biri kimi, “Jurnalistlər şəhərciyi”nin sakini olaraq sizlərdən bir kiçik xahisim var, feysbukda “Jurnalist Binalari” qrupundaki tamadalarinizi yiqisdirin! Sosial şəbəkəyə həssas və diqqətlə yanaşdığınızi bildiyimdən belə tərifbazlara “dur” deməyinizi xahis edirəm.

Dunən də yazmışdım, jurnalist və sakin olaraq bizim missiyamız obyektiv olmaq, görülən musbət isləri dəstəkləmək, problemləri dilə gətirməkdir. Yerli-yersiz tərif yaqdirmaq, nə onu yazan tamadalara, nə də MEDİA rəhbərliyinə şərəf gətirər. Yaxin keçmişimizdə KİVDF rəhbəri V.Səfərlinin də bir metro vaqonu dolusu tamadasi var idi. Bu istidə V.Səfərlinin harda “dincəldiyi” hər kəsə məlumdur. Ona tamadaliq edənlərin də indiki rəzil durumu göz qabağındadır. Amandir, bu yolla getməyin.

Böyük Məmnəd Araz yazirdi ki, gərəksiz tərif də yuxuya bənzər, uyudar qələmi iş ustundə də... Əgər şit, bayaqi tərif həqiqətən də sizə çox vacibdirsə bir saata yazib diqqətinizə təqdim edəcəm.

İşlərinizə uqurlar arzusu ilə Etibar Cəbrayıloqlu”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar