Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Rusiyadan ermənilərə dəstək almağı planlaşdırır - Amerikalı ekspert

"Bayden əvvəl hər bir ABŞ prezidenti Rusiya ilə aradakı "buzları qırmağa" cəhd edib və bacarmayıb. Bunun səbəbi iki ölkə arasındakı maraq fərqlərinin köklü, uzunmüddətli və strateji olmasıdır".

Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Rusiya ilə ABŞ arasındakı maraqlar geosiyasidən daha çox, maliyyə nöqteyi nəzərdən üst-üstə düşür:

"Rəsmi Kreml bir neçə görüş və xoş niyyət jestləri ilə aşılması mümkün olmayan hərəkətlər, ittifaqlar və ideologiya ilə anti-Qərb geosiyasi yanaşmasına sadiq qaldı.

"Rusiya öz üslub və ümumi yolunu dəyişməyəcək. Bunu gözləmək sadəlövhlükdür. Rusiya dünyadakı əsas öhdəliklərindən geri çəkilməyəcək. İkincisi, hər bir Prezidentin ilk xarici səfəri onun ümumi xarici siyasət istiqamətinin göstəricisidir. Bunun Prezident Donald TrampSəudiyyə Ərəbistanı timsalında gördük. Baydenin Rusiyanı prioritetləşdirməsi, administrasiyanın geosiyasətini yenidən qurulmağa cəhd göstərdiyini göstərən amildir.

ABŞ-ın Rusiya ilə yaxınlaşmaq məqsədinin kökündə Şimal axını 2-yə tətbiq olunan sanksiyaların ləğvi, Cənubi Qafqaz məsələsində bir qədər ermənipərəst yanaşma və müxtəlif strateji maraqlar, Yaxın Şərq və Afrikadakı yanaşma dayanır. Adminstrasiya Ukraynanın təhlükəsizliyinin əhəmiyyəti ilə bağlı bəyanatları da geri çəkdi. İqlim dəyişikliyi, enerji təhlükəsizliyi və Rusiya ilə münasibətlərə diqqət yönəlmiş beyin mərkəzlərinin populyarlaşması Baydenin Putinin lehinə olmaqda maraqlılığını göstərir. Lakin maraqlar geosiyasidən çox, maliyyə nöqteyi nəzərdən üst-üstə düşür".

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin ilk xarici səfəri çərçivəsində 15-16 iyun tarixlərində İsveçrənin Cenevrə şəhərində Vladimir Putinlə görüşəcəyi gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar