Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Londonda 200 kiloqram dollar aparan azərbaycanlı ər-arvadın işi qəlizləşdi

Azərbaycandan Britaniyaya 14 milyon funt sterlinq “çirkli pul” gətirməkdə ittiham olunan ər-arvadın adları nəhayət açıqlana bilər. Bu iş üzrə Londonda davam etməkdə olan məhkəmə prosesinin gedişatı belə göstərir. Virtualaz.org xəbər verir ki,  Vanessa Bareytserin mayın 27-də verdiyi hökmə əsasən Londonda yaşayan cütlüyün kimliyinin gizli saxlanmasının davam etdirilməsi “açıq ədalət” prinsipi ilə ziddiyyət təşkil edir.

14 milyon funt sterlinq 20 milyon dollar edir , bu qədər dolların  nəğd şəkildə ağırlığı isə 200 kiloqramdır.

İngiltərənin əsas məhkəmələrindən biri olan Vestminister məhkəməsində həmin ər və arvadın adlarının açıqlanması üçün iddianı Britaniyada çıxan “The Evening Standard” qəzeti qaldırıb. Bu işin üstünü açmış Britaniya Milli Cinayət Agentliyi (NCA) də son mərhələdə iddiaçı tərəfin mövqeyinə qoşulub, adların açıqlanmasına çağırıb.

NCA bu ər-arvadın  10-dək müxtəlif bank hesablarında olan 6.5 milyon funt sterlinq vəsaitinin müsadirəsinə çalışır. Məhkəmə qərarında deyilir ki, cütlüyə qarşı iddiaların tam detallarının üzərindən məxfilik qaldırılır. Hakim güzəşt olaraq indiyədək yalnız “X” və “Y” kimi təqdim olunan ər və arvadın adlarının açıqlanmasına yeddi gün vaxt qoyub. Onlar bu müddət ərzində qərara ədliyyə baxışının keçirilməsini təşkil edə bilərlər.

Ər-arvadın vəkilləri bildiriblər ki, onlar məxfiliyin qaldırılmasına Ali Məhkəmə səviyyəsində qadağan qoyulmasına və qərara ədliyyə baxışı keçirilməsinə nail olmaq istəyirlər. Vəkillərin iddiasına görə adların açıqlanması başqa məhkəmə baxışlarının gedişatına təsir göstərə bilər. “The Evening Standard” yazır ki, vəkillərin vəsatəti uğursuz olarsa “X” və “Y”-in adları gələn həftə ictimailəşdiriləcək.

Milli Cinayət Agentliyi azərbaycanlı ər-arvadı  Seyşel adalarından tutmuş Londonun Potters Bar məhəlləsinədək ən müxtəlif yerlərdə “adı yalnız bürünc lövhələrdə olan” şirkətlərin qəliz şəbəkəsindən istifadə etməklə çirkli pulları yumaqda ittiham edir. NCA iddia edir ki, sözü gedən pul Estoniya və Latviyadakı bank hesablarından Britaniyadakı Coutts, Barclays, Lloyds, Santander və Metro Bank hesablarına köçürülüb.

NCA bundan əvvəl keçirilən dinləmədə iddia etmişdi ki, həmin pulu pərdələmək məqsədilə guya polad alış-verişi ilə bağlı 500 milyon funt sterlinqlik saxta ödəniş tələbnamələri düzəldilib.

Məqalədə deyilir ki, The Evening Standard qəzeti bu ər və arvadın adları üzərindən məxfiliyin qaldırılması üçün iki ilə yaxın müddətdə məhkəmə çəkişmələrindədir. Qəzet bildirir ki, onun məqsədi həm də başqa mediaların “çirkli pulları” faş etməsini asanlaşdırmaqdır. Azərbaycanlı ər və arvad isə ittihamları rədd edir və bank hesablarındakı pulun müsadirə olunmaması üçün mübarizə aparırlar. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar