Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Çərlədib öldürdükdən sonra adlarına küçələr verdik…” - Fazil Mustafa

“Sosial şəbəkə də ayrıca bir nemət idi, onu da bayağılaşdırdıq, vaxt öldürmə məkanına çevirdik, söyüş, təhqir platformasına yönəltdik, ad günlərinin təbriki, vəfat edənlərə başsağılığı köşəsinə qədər endirdik. Əlbəttə, hələ də dirəniş göstərən aydınlarımız qalıb, milli düşüncə istehsalçıları hələ də Çin və cin kopyalamasına qarşı dirənişini davam etdirirlər, ancaq sayları çox olmadığına görə bu platformada uğur qazanacaqlarına ümid elə də böyük deyil”.

PİA.az-ın xəbərinə görə, deputat Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, bu cəmiyyətdə Axundov da, Seyid Əzim də, Zərdabi də, Sabir də, Mirzə Cəlil, Əhməd Ağaoğlu da ölümündən sonra xoşbəxt sayılmış insan obrazlarıdır: “Onlar cəhənnəmi əslində Tiflisdə deyil, Şəkidəki, Bakıdakı, Naxçıvandakı, Şamaxıdakı, Şuşadakı qaragüruhun içində yaşayıb Milli Cənnətə köçmüş böyüklərimizdir. Onları döyənlər, söyənlər də əsla ruslar, ermənilər, yəhudilər deyildi, öz milli mollalarımızın, həci-kərbəlayi-məşədilərimiz, Xudayar bəylərimiz və Novruzəlilərimiz idi. Çərlədib öldürdükdən sonra adlarına küçələri, muzeyləri verdik, kitablar yazdıq, tədqiqatlar həsr etdik. Onlar da bizim toplumda ancaq ölü kimi qorxusuz və təhlükəsiz olduqdan sonra dəyərə çevrilmiş şəxsiyyətlərdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar