Cümə, 23 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

Səfər Mehdiyev sələfinin “vurduğu” kadrları niyə qaytardı? – Kənan Məmmədovla Ədalət Hüseynəliyevin dosyesi…

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu posta təyin olunduqdan sonra Aydın Əliyevin “vurduğu” kadrları irəli çəkməyə başladı. DGK sədri sələfinin dövründə vəzifədən uzaqlaşdırılmış və onunla həmyerli olan gömrükçüləri yüksək postlara yerləşdirdi.

Halbuki həmin şəxslər A.Əliyevin rəhbərliyi vaxtında yol verdiyi maxinasiyalara, nöqsanlara görə gömrük sistemindən kənarlaşdırılmışdılar.

TİA.Az-a daxil olan məlumata görə, həmin gömrük məmurlarından biri Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov və onun müavini Ədalət Hüseynəliyevdir. S.Mehdiyevlə həmkəndli olan (əslən nehrəmlidirlər – red) K.Məmmədovla Ə.Hüseynəliyev A.Əliyevin zamanında çalışıblar.

Məlumatda deyilir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi o dövrdə Xaçmaz Gömrük İdarəsinin rəis müavin işləyib. Onun hazırda müavini vəzifəsini tutan Ə.Hüseynəliyev isə Astara gömrük idarəsinin rəisi olub.

K.Məmmədov həmçinin Tovuz gömrük idarəsinin rəisi də olub. Lakin hər iki gömrük rütbəlisi yol verdiyi səhvlərin ucbatından A.Əliyevin qəzəbinə tuş gələrək gömrük sıralarından uzaqlaşdırılıblar.

Belə ki, K.Məmmədov Xaçmazda gömrük rəisinin müavini olduğu zaman ölkədən xaricə kapital çıxarışını təşkil edib və bu pul transferini hansısa sıravi vətəndaşın əli ilə reallaşdırmağa cəhd göstərib.

Amma məsələdən duyuq düşən A.Əliyev məsələni araşdırıb və K.Məmmədovu cəzalandıraraq gömrükdəki fəaliyyətinə son qoyub.

Astaranın gömrük rəisi işləmiş Ə.Hüseynəliyevin isə ayağında 4 milyon manat yeyinti qaldığı iddiaları səslənməkdədir. Bu məsələ o zamankı DGK rəisinə məruzə edildikdən sonra gömrük orqanları daxilində istintaq başlanıb və Hüseynəliyev sorğu-suala tutulub.

İşin əsas məğzi ifşa edildikdən sonra qaçmağa yeri olmayan Astaranın gömrük rəisi vəziyyətdən çıxış üçün əskik olan pulun 2 milyonunu qaytarıb. O, bununla həbsdən yaxasını birtəhər qurtara bilib. Ancaq vəzifədə bundan artıq qala bilməyib və A.Əliyev onunla vidalaşıb.

Məlumatlı qaynağın sözlərinə görə, S.Mehdiyev isə həmin reputasiyası zədəli, əməllərinə görə işindən uzaqlaşdırılmış həmyerlilərini nəinki gömrüyə qaytarıb, hətta onlara yaxşı vəzifə peşkəş edib.

Hazırda K.Məmmədov məlum olduğu kimi Bakı Baş Gömrük İdarəsinin rəisidir, Ə.Hüseynəliyev isə müavini vəzifəsini daşıyır. Maraqlıdır, “gömrükdə 1 manat rüşvət olsa, istefa verərəm” deyən S.Mehdiyevi bu cür kadrlarla işləməyə nə vadar edir? Onların bu vəzifələrə gəlişi gömrük sistemində .əffaflığı da təmin etməyib.

“Lion Centre” MMC-nin direktoru, tanınmış iş adamı Ramil Aslanov Prezident İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya açıq mətnlə müraciətində bildirmişdi ki, Kənan Məmmədovun mebel idxalı işində Azərbaycanda birinci olması sirr deyil.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Büdcədən oğurlanan milyonlar: Sabiqlərin topdağıtmaz sərvəti - Siyahı

Rəfiqəsinin 20 yaşlı oğlu ilə eşq yaşadığını ilk dəfə açıqladı - Foto

General-polkovnik Vaqif Axundovun rəis bacısı oğlu həbs edildi - Yenilənib

Ölüm xəbəri yayılan Nəcməddin Sadıqov danışdı

Rövşən Əkbərov özü ilə kimləri “içəri aparacaq“? - Məhkəmədə böyük skandal

İlham Əliyev məmurlara bizneslə məşğul olmağı qadağan edir - Prezidentin AzTv-yə müsahibəsindən sitat

Rövşən Əkbərov özü ilə kimləri “içəri aparacaq“? – Məhkəmədə böyük skandal

“Kəmaləddin Heydərovu toyuma dəvət etmişəm” - Elçibəyin oğlu

Ən çox oxunanalar