Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəzza münaqişəsi Tramp-Netanyahu siyasətinin uğursuz olduğunu göstərdi...

Fələstinliləri Qüds, Qəzza, İordaniyanın Qərbi və İsrail arasında bölmək 4 fərqli İsrail-Fələstin qarşıdurmasına səbəb olub...

Patrick Cockburn
“The Independent” qəzeti, 26 may 2021-ci il

İsrail və Həmas 11 günlük “müharibələrini” sona çatdırdılar, lakin münaqişə dayanmadan əvvəl siyasi mənzərə artıq dəyişmişdi. İsrail-Fələstin münaqişəsinin mərkəzində olanlar sadəcə Qəzzadan bir çox cəbhəyə (Qüds, İordan çayının qərb sahili, İsrailin özü) keçib və bunların hər hansı birində artım yeni bir şiddət dalğasına səbəb ola bilər.

Mövcud böhrana Qüds hadisələri səbəb olub və bunun yenidən baş verməsi ehtimalı da böyükdür. Radikal sağ İsrail qrupları şəhər üzərində nəzarəti gücləndirmək və Fələstinin varlığını hər yerdə aradan qaldırmaq niyyətindədirlər. Keçmiş İsrail diplomatı və ABŞ-Yaxın Şərq layihəsinin rəhbəri Daniel Levi: “Siyasi temperatur qaynama nöqtəsinin altında olacaq. Qüdsdəki başqa bir alovlanma isə vəziyyəti daha da qızışdıra bilər”.

İsrail liderləri İordan çayının qərb sahilində üç milyon, İsrail və Qəzzada hər biri iki milyon, Qüdsdə isə 300 min fələstinlinin kantonlara bölünməsinin onları həm siyasi, həm də coğrafi olaraq parçalayacağına ümid edirdilər. Bir müddətdir ki, bu strategiya işə yarayırdı, amma son iki həftədə bir Fələstin kantonundakı böhran sürətlə digər üç kantona da keçdi. İsrail polisinin fələstinliləri Qüdsün Şeyx Cerrah məhəlləsindən çıxarması və Məscidül-Əqsada gözyaşardıcı qazdan və səs bombasından istifadə etmək cəhdləri Həmasın Qəzzadan raket bombardmanına başlamasına səbəb oldu. Bu da İsraildəki fələstinliləri 20 il əvvəlki hər hansı bir etirazdan daha geniş miqyasda etiraz etməyə sövq edib. İordan çayının qərb sahilində etirazçılar hər şəhərdə küçələrə tökülüb, beynəlxalq səviyyədə tanınan Fələstin rəhbərliyi isə lağa qoyulub.

İsrail-Fələstin probleminin bir və iki dövlətli həll yolları barədə bütün boş söhbətlərdən başqa, Qəzza mərkəzli dördüncü müharibənin nəticəsi İordan çayı ilə Aralıq dənizi arasındakı bölgənin bir siyasi vahid olduğunu sübut edir. Bunun bir hissəsinə təsir edən şey bütün qalan hissələrə də öz təsirini göstərir.

Son Qəzza müharibəsi İsrailin fələstinlilərlə döyüşmək yaxud da onlarla əlaqə yaratmaq üçün bir hərbi və ya siyasi strategiyaya sahib olmadığını ortaya qoydu. İsrail generalları və səlahiyyətliləri Həmasın hərbi infrastrukturunu məhv etdiklərini, bəzi komandirlərini öldürdüklərini və tunel sisteminin bir hissəsini məhv etdiklərini iddia edirlər. Həmasın 15 ildir Qəzzada təcrid olunmasına baxmayaraq, İsrailə 3700 raket atması İsraili olduqca heyrətləndirib.

Həmas gözləniləndən bir qədər çox hərbi gücə sahib olduğunu sübut etsə də, İsrailin Qəzzada üzləşdiyi pis təchiz edilmiş hərbiləşdirilmiş qüvvədən üstün olmasına şübhə yoxdur. Ancaq bu üstünlük inadla qələbəni inkar edir, daha doğrusu İsrail belə bir qələbənin necə olacağını bilir. Yenidən işğal olmadan Həmasın aradan qaldırılacağını və Qəzzada rejim dəyişikliyini əldə edəcəyini real olaraq gözləyə bilməz. Elə bu da Fələstin müqavimətini daha da qızışdıracaq. Fələstinlilərin orada daimi mühasirədə qalmasının, yəni son 15 ildə mövcud olan status-kvonun faydasız olduğu sübut edilib.

İsrail atəşkəsi qəbul etmək üçün hərbi uğur iddialarını önə sürsə də, əslində,  65-i uşaq olmaqla 232 fələstinlinin ölümünə səbəb olan bombardmandan başqa heç bir real üstünlük əldə edə bilməyib. İsrail şərhçiləri bu müvəffəqiyyətsizlik mövzusunda Qərbdəki həmkarlarından daha dürüst və məlumatlıdırlar. İsrailin Haaretz qəzetinin baş redaktoru Aluf Benn bu yaxınlarda sona çatan qarşıdurmanın “İsrailin indiyədək Qəzzadakı ən uğursuz və mənasız əməliyyatı” olduğunu söyləyir. İsrail ordusunun bütün ictimaiyyətlə əlaqələr əməliyyatının belə həqiqəti ört-basdır edə bilməyəcəyini qeyd edir: “Ordu Həmas qüvvələrini necə təsirsiz hala gətirəcəyini və sabitliyi pozacağını bilmir. Güclü bombalarla tünellərini dağıtmaq İsrailin strateji qabiliyyətlərini düşmənin döyüş qabiliyyətinə ciddi zərər vermədən nümayiş etdirdi”.

Bir çox dövlət hərbi baxımdan daha səriştəsiz, lakin yenilməz bir rəqibə qarşı guya müharibə apararkən buna bənzər bir məyusluq yaşayıb. Bunu İngiltərə Şimali İrlandiyada 1968-1998 arasında yaşamışdı. Fiziki güc tətbiq etməyə davam edə bilməyən bir hökumətin məntiqi cavabı bir tərəfə güzəştə getmək üçün qarşı tərəflə siyasi qarşılıqlı əlaqəyə girməkdir. Ancaq İsrailin Baş naziri Bünyamin Netanyahu və siyasi tərəfdaşlarının edə bilmədikləri də məhz budur. 1997-ci ildə İsrail lideri olaraq ilk dəfə seçilməsindən bəri təxminən dörddə bir əsr üçün əsas strategiyası İsrailin fələstinlilərlə barışmadan davamlı bir sülh əldə edə biləcəyini müdafiə etməkdir. Sol mərkəzdən sağa qədər üstünlük təşkil edən bu fikir fələstinlilərin qətiyyətlə məğlub olduqlarını və hər hansı bir güzəştə getməyə ehtiyac olmadığını göstərir. Prezident Donald Trampın Ağ Evdə olduğu 4 il müddətində bu radikal mövqeyə tam dəstəyi ilə bir çox israilli Netanyahunun haqlı olduğuna əmin oldu.

Qəzza müvəffəqiyyətlə bağlanıb və İordaniyanın qərbi Fələstin bantustanları (aparteid dönəmində Cənubi Afrikada tətbiq olunan, qaradərililərin bağlandığı yerlər) və genişlənən İsrail məskunlaşma sahələri arasında bölünmüş kimi görünürdü. Qüds mühasirəyə alınmış və daxildə fələstinlilərdən təmizlənmiş, İsraildəki fələstinlilər isə qəzəbli və çarəsiz azlıq olaraq qalmışdılar. Ərəb dövlətləri İsrail ilə münasibətlərini normallaşdırırdılar və Fələstin məsələsi artıq beynəlxalq gündəmdə deyildi.

Qəzzadakı son müharibə 2008-2009, 2012 və 2014-cü illərdəki üç müharibəyə bənzəyə bilər, amma daha da önəmlidir. Çünki Netanyahu-Tramp siyasəti çöküb və yerinə qoyulası çox şey qalmayıb. Köhnə İsrail-Fələstin böhranı geri qayıdıb və indi əvvəlkilərdən daha zəhərli və geniş yayılmış vəziyyətdədir. Yeni bir narahatlıq yaradan cəhət isə budur ki, İsraildəki fələstinlilər ayrı-seçkiliyə son qoyulması və bərabərliyin yaradılmasını tələb edərək küçələrə axışıblar. İordan çayının qərb sahilindən olan İsrail məskunları yəhudilər və fələstinlilərin birlikdə yaşadıqları şəhərlərdə Fələstin əleyhinə nümayişlər təşkil etmək üçün İsrailə qayıdırlar.

Bu cür hadisələr İsrail və Fələstin arasındakı güc nisbətinin qəfildən ikincisinin lehinə çevrildiyi mənasına gəlmir. Əksinə, hər təbəqədən olan israilliləri fələstinlilərlə münasibət qurmalı olduqlarına inandırmaq daha da çətindir. Həmas son müharibədə güc qazanmış ola bilər və Fələstin rəhbərliyinin nüfuzuna daha çox zərər dəymiş ola bilər, lakin Fələstin rəhbərliyi və təşkilatı arasında ümumi bir uçurum var. Fələstin siyasi hərəkatları güclərini hər şeydən üstün tutmağa çalışdıqları üçün vəziyyət göründüyü kimi iflic durumda deyil.

İsrail ilə Həmas arasında cümə səhəri tezdən qüvvəyə minən atəşkə, getdikcə artan bir qeyri-sabitlik dövrünü bərabərində gətirir. Daniel Levi İsraili əbədi bir böhran içində görür, çünki Qəzza-Həmas məsələsində hərbi bir həll yolu olmasa da, sağçı liderlərin ideoloji vəsvəsəsi onların diplomatik və siyasi seçimlərini axtarmasına mane olur.

Fələstinliləri dağıtmaq və zəiflətmək fikri əks nəticə verdi. İsrail liderləri artıq hər biri koronavirus kimi dominant növə çevrilib, yeni bir partlayışa səbəb ola biləcək 4 fərqli İsrail-Fələstin böhranı ilə üzləşməli olacaqlar.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar