Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şuşa istiqamətinə atəş açmaq İlham Əliyevi və Ərdoğanı hədəf seçməkdir”

Müdafiə Nazirliyinin açıqlamasında ermənilərin Gədəbəy, KəlbəcərŞuşa istiqamətində atəşkəsi pozduqlarını bildirib. Bu, növbəti anti-terror əməliyyatına dəvətdir”.

PİA.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu qeyd edib ki, Şuşanın azadlığa qovuşmasından cəmi bir neçə ay keçib və yenidən ermənilərin hədəfinə çevrilib: “Şuşa istiqamətinə atəş açmaq müqəddəs şəhərimizi ziyarət edən Prezident İlham Əliyevi və şəhərimizə səfərə hazırlaşan Türkiyə Cümhurbaşqanını hədəf seçməkdir. Əgər Gədəbəyə atəş Ermənistan istiqamətindən açılıbsa, Şuşaya atəşi Qarabağın daxilindəki separatçılar açıblar, o separatçılar ki, onları Rusiya hərbçiləri tərksilah etməliydilər. Etməyiblər və etmək fikirləri də yoxdur. Azərbaycan Müdafiə Nazirliyinin açılmasında bir cümlə də Rusiyaya ünvanlanmalıydı ki, Qarabağdakı separatçıların əl-ayağını yığışdırsınlar, əks halda biz hərəkətə keçəcəyik. Ermənistan daxilində seçkinin təxirə salınmasını istəyən qüvvələr var. Həmin qüvvələr Nikol Paşinyanın seçkidə yenidən qələbə qazanacağını proqnozlaşdırır və bunu həzm edə bilmirlər. Sərhəddə vəziyyət gərginləşməkdə davam edərsə və müharibə ehtimalı artarsa, Ermənistanda parlament seçkiləri təxirə salacaq. Həmin qüvvələrə də elə bu lazımdır. Ona görə də həmin qüvvələr sərhəddə vəziyyətin gərginləşməsində, toqquşmalarım başlamasında maraqlıdırlar. Onlar bu yolla Paşinyanın sonunun gələcəyini düşünürlər. Bu ermənilərin öz bildiyi işdir. Bizim hədəfimiz sərhədləri müəyyənləşdirmək və təxribatlara cavab verməkdir”. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar