Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorxmaz Hüseynov və havadarları milyon dollarlıq xarici kreditləri belə mənimsəyiblər - Sırada Etibar Məmmədov var...

Xəbər verdiyimiz kimi "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynov və "Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun adları təmsil etdikləri qurumdakı korrupsiya və yeyintilərlə bağlı hallandırılır. Dövlət əmlakının mənimsənilməsi, rüşvət hallarının olması ilə bağlı adıçəkilən qurumda sözügedən şəxslərlə bağlı araşdırmalar gedir.

Maraqlıdır, böyük məbləğləri mənimsədikləri deyilən Qorxmaz Hüseynovun və Etibar Məmmədov barədə korrupsiya faktı təsdiqini tapdığı halda onları nə gözləyir?

Məsələ ətrafında Sfera.az-a danışan "REAL”ın icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli "Azərsu" ASC-in fəaliyyətinin son illər ərzində xüsusilə bərbad olduğunu bildirib:

"Adıçəkilən şəxslərin adının korrupsiya halında olması ilə bağlı məhkəmənin qərarı olmalıdır. Lakin onların dövründə qurumun fəaliyyətinə qiymət vermək olar. "Azərsu" ASC ölkədə korrupsiyaya uğramaq ehtimalı ən çox olan, qeyri-effektiv işləyən təşkilatdır. Bu qurum hər il böyük həcmdə subsidiyalar almasına baxmayaraq, ziyanla işlədiyini açıqlayırdı. Orqan dövlət büdcəsinin vəsaitləri, xarici kreditlər hesabına böyük layihələr həyata keçirdiyini desə də, layihələrin keyfiyyət və qiyməti şübhə doğururdu. Bakı-Tbilisi-Oğuz su kəmər layihəsində 241 km-lik heç bir nasos stansiyası qurulmadan adicə boruların çəkilməsi az qala milyard dollara başa gəlmişdi. Bu da narahatlıq yaradırdı ki, bu layihə belə qiymətə başa gəlməməliydi".

N.Cəfərli xarici kreditlərin də "Azərsu” rəhbərliyi tərəfindən mənimsənildiyini bildirib:

"Dünya bankı və digər beynəlxalq strukturlar tərəfindən ölkədə kollektorların tikilməsi, kanalizasiya sularının təmizlənməsi ilə bağlı 100 milyon dollarla bağlı kredit ayrılmışdı. Həmin pulların necə xərclənməsi ilə bağlı "Azərsu" ASC ictimaiyyətə açıqlama və hesabat verməyib. Zaman-zaman insanlar tərəfindən şikayətlərin edilməsi qurumun fəaliyyətində ciddi nöqsanların olmasına dəlalət edir. Qiymətlərin şişirdilməsi, rentabelliklə bağlı problemlərin nəticəsində həm dövlət büdcəsi ziyan görüb həm də əhali. Bu istiqamətdə suallara aydınlıq gətirilməsi üçün hüquq-mühafizə orqanları əlindən gələni edəcək".

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə günahkarların cəzalarını alacağını bildirib:

"Hüquq-mühafizə orqanları yoxlama aparsa, Azərsu kimi bir çox qurumlarda problemli məsələlər ortaya çıxacaq. "Azərsu" ASC-də problemlərin olması burda fəaliyyət göstərən rəhbər kadrlardan asılıdır. Millətini, dövlətini sevən kadr korrupsiyaya yol verməz. Hər halda mövcud araşdırmalardan sonra yekun nəticəni görəcəyik. Əgər Qorxmaz Hüseynov və Etibar Məmmədovun bu cür əməlləri təsdiqini taparsa, onlar cəzalarını alacaqlar".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar