Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Yaxın Şərq siyasətindəki ziddiyyətlər...

ABŞ-ın Yəməndəki davranışları, onun Yaxın Şərq siyasəti ilə, xüsusən də İsraillə müqayisədə, niyə ziddiyyət təşkil edir?..

Muhammed Ali Sekkaf
“Şarkul Avsat” qəzeti, 25 may 2021-ci il

ABŞ prezidenti Co Bayden seçildikdən sonra xarici siyasətlə bağlı ilk açıqlamasında Yəmən böhranından və yüksələn bir beynəlxalq güc olan Çinlə münasibətlərdə üzləşdiyi çətinliklərdən bəhs etmişdi. Lakin əsas siyahının sonunda gördüyü Fələstin-İsrail münaqişəsini görməzdən gəlmişdi.

Tim Lenderkinqin Yəmən üzrə Xüsusi Nümayəndə təyin olunması hazırda ən böyük humanitar böhrana son qoymaq arzusunun bir göstəricisi idi. 7-ci ili tamam olan Yəmən müharibəsi Husi qrupuna edilən təzyiqlər nəticəsində atəşkəslə sona çatmalı idi. ABŞ İsrailin Fələstin ərazilərini işğal etməsindən 12 gün sonra davam edən qanlı və dağıdıcı müharibəni Misirin vasitəçiliyi ilə atəşkəslə sonlandıra bildi. Ancaq Yəmən təmsilçisini 2 ildən çox müddətdə təyin etməsinə baxmayaraq, burada atəşkəsi tətbiq edə bilməyib.
ABŞ prezidenti Qəzza böhranı zamanı İsrailin baş naziri Bünyamin Netanyahu ilə 5 dəfə birbaşa əlaqə yaradıb. Fələstin prezidenti Mahmud Abbas xaricində, heç bir Fələstin lideri ilə əlaqə yaratmayıb. Həmasla danışmaq vəzifəsini də Misirə tapşırıb. Yəmən böhranının bir hissəsi olaraq, prezident Bayden administrasiyası Trampın son günlərində terror siyahısına daxil etdiyi Husiləri də siyahıdan çıxarıb.

Bu nöqtədə ortaya bir sual yada çıxır: ABŞ-ın Yəməndəki davranışları, onun Yaxın Şərq siyasəti ilə, xüsusən də İsraillə müqayisədə, niyə ziddiyyət təşkil edir?

ABŞ-ın İsraili dəstəkləməsinin əsas səbəblərindən biri İsrailin 1948-ci ildə qurulduğu zaman onu tanıyan ilk ölkələrdən biri olması və bunun Demokratlarla Respublikaçılar arasında ortaq bir nöqtə olmasıdır. Hər iki partiyadan olan bütün prezidentlər və konqres üzvləri ölkədəki İsrail lobbisindən dəstək istəyirlər. Onların oyununa və İsrailin “bölgədə qanunun aliliyinə istinad edən yeganə demokratik sistem” olduğu yönündəki təxribatlara inanmalarının əsas səbəbi də budur. Son hadisələr bu iddianın yalan olduğunu və beynəlxalq hüququn prinsiplərinə hörmət edilmədiyini göstərir. İnsan hüquqları təşkilatları tərəfindən yayımlanan son hesabatda işğal altındakı ərazilərdə İsrailin fələstinlilərə qarşı “aparteid”ə bənzər bir irqi ayrı-seçkilik siyasəti tətbiq etdiyi qeyd olunur.

İsrail bu siyasəti müddətsiz olaraq tətbiq edə biləcəyinə və heç bir cəza olmadan Fələstinin torpaqlarını, sularını ələ keçirə biləcəyinə inanır. Kağız üzərindəki bir mürəkkəb izi kimi qəbul etdiyi Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə də lağ edir. Donald Trampın son addımları və münasibətləri də İsrailin bu məsələdəki laqeydliyini də artırıb. Keçmiş prezident Donald Tramp Qüds şəhərini İsrailin əbədi paytaxtı kimi tanıyıb, ölkəsinin səfirliyini oraya köçürüb və Qolan təpələrinin işğal edilmədiyi, İsrail ərazisinin bir hissəsi olduğu qənaətinə gəlib.

Qəzzadakı müharibə, mülki itkilərin sayı, 50-dən çox uşağın ölümü və bir çox mülki şəxsin öldürülməsi, beynəlxalq mediadakı faciəvi görüntülər, Qəzzadakı strukturun dağıdılması və həddindən artıq güc tətbiq edilməsi kimi hadisələr ABŞ-ın mövqeyində tədricən bir dəyişikliyin başlamasına və Fələstin-İsrail münaqişənin daha yaxşı anlaşılmasına yol aça bilər. Bütün bunlar insan hüquqlarını müdafiə etməyin ölkənin xarici siyasətinin istiqamətlərindən biri olduğu yönündə Demokratlar və yeni nəsil fəallar arasında hərəkətlənmələrə səbəb olub. Dövlət katibi Entoni Blinkenin bölgəni ziyarət etmək və İsrailin baş naziri ilə yanaşı, həmçinin Fələstin dövlət başçısı Mahmud Abbasla görüşmək niyyəti ABŞ-ın münasibətindəki dəyişikliklərin təzahürlərindən biridir.

Bütün bunlardan sonra Yəmən böhranı da ABŞ-ın diqqətini daha çox cəlb edəcəkmi? Yəmən böhranı hansı mexanizm vasitəsilə həll ediləcək? Birləşmiş Millətlər Təşkilatı və onun qətnamələri istinad kimi qəbul ediləcək, yoxsa ABŞ bir təşəbbüs edəcək?

Görünən odur ki, ABŞ administrasiyası Qəzza böhranında çoxdan izlədiyi yolu izləyir. Çünki Qəzzadakı böhranın səssiz şəkildə diplomatik həllinə üstünlük verir. İki dövlətli həll prinsipi, fələstinlilərin öz dövlətlərini qurma hüququ və müharibənin məhv etdiklərini yenidən qurmağın yolları ilə bağlı olaraq İsrail baş naziri və Mahmud Abbasla əlaqə saxlanılıb.

ABŞ-ın Yəməndəki Xüsusi Nümayəndəsi Tim Lenderkinq 20 may günü keçirdiyi bir mətbuat konfransında Marib başda olmaqla, Yəməndə baş verən qarşıdurmalar və Husilərin Yəmən böhranının həlli üçün etdiyi cəhdlərlə bağlı narazılığını bildirib. Həmçinin, ABŞ administrasiyası ilə Birləşmiş Millətlər Təşkilatı arasındakı bəzi fikir ayrılıqlarına toxunub. Birləşmiş Millətlər Təşkilatı ilə yaxın əlaqəli və sülh planının hədəfləri ilə həmrəy olduqlarını da bildirib: “Biz Birləşmiş Millətlər Təşkilatı deyilik, biz ABŞ-ıq. Bizim münaqişə və böhranları necə həll edəcəyimizə dair öz səsimiz, perspektivimiz, təcrübəmiz və fikirlərimiz var. Yəməndəki böhranın həllində irəliləməyə dair apardığımız onlarla danışıqlarda çox konkret idik. BMT-nin Xüsusi Nümayəndəsi Martin Qriffitsə böyük hörmətimiz var”.

Bu açıq və birbaşa bir sözlər nə mənaya gəlir? Burada əsas məsələ ABŞ-ın həll təşəbbüsünün necə olacağıdır? Keçmiş xarici işlər naziri Con Kerrinin konstitusional qanun tərəfindən rədd edilən təşəbbüsü yenidən canlandırılacaq, yoxsa yeni bir təşəbbüsə bürünəcək? Həll yolunun daimi olması üçün sözügedən çəkişmənin kökünə qədər gediləcəkmi? Təhlükəsizlik Şurasındakı daimi üzvlərin təsdiqi nəzərə alınacaqmı? Qarşıdakı dönəmdə cavablanmalı suallar bunlar olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Yəmən

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

Ən çox oxunanalar