Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan nəyə can atır? Yeni müharibəyəmi, yoxsa Rusiyanı müharibəyə cəlb etməyəmi?..

Ermənistanın yeni təxribatları sonucunda bölgədə yeni müharibənin başlanmasına ehtimal vermək olar?..

Politoloq: “Son olaylar da onu göstərir ki, Ermənistanda müəyyən qüvvələr aranı qızışdırmaq, qarmaqarışıqlıq yaratmaq istəyir”.

“Erməni ordusunun içərisində bir-birlərinə qarşı vuruş başlayıb. Onlar öz hərbi hissələrinin içində bir-birləri ilə atışırlar. Bu hadisə də bütün dünyaya yayılıb. Ermənistan rəsmiləri, Baş Qərargah orduda olan bu kimi biabırçı hadisələri ört-basdır etmək istəyirlər”.

Bu sözləri politoloq Qabil Hüseynli dünən Ermənistanın növbəti sərhəd təxribatını PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Ermənistan Müdafiə Nazirliyi tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə məlumat yayıldı. Amma Azərbaycan tərəfi bunu inkar etdi və Müdafiə Nazirliyi bu barədə məlumat yaydı. Məlumatda deyilirdi ki, mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib. Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb.

Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb.

Qeyd edək ki, atəşkəsin pozulmaması haqqında Rusiya Müdafiə Nazirliyi də məlumat yaydı. Buna baxmayaraq Ermənistan tərəfdən qışqırdıcı və təxribat xarakterli bəyanatlar davam elədi. Ermənistan rəsmiləri hətta baş vermiş insidentlə bağlı KTMT-yə müraciət edəcəklərini bildirdilər. KTMT-nin reaksiyası isə gecikmədi. Qurumun rəsmi saytında dərc edilən bildirişdə AzərbaycanErmənistana mübahisələri siyasi-dipliomatik yollarla həll etmək tövsiyyə olundu.

Dünən axşam saatlarında isə Azərbaycan XİN Ermənistanı yalan bəyanatlarla vəziyyəti gərginləşdirməməyə çağırdı.

Ermənistanın bu dəfəki sərhəd təxribatı nəyə hesablanıb? Bu təxribatlar sonucunda bölgədə yeni müharibənin başlanmasına ehtimal vermək olar?

Azərbaycan-Ermənistan sərhədində yaranmış son gərginliyi PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Son vaxtlar Rusiya Ermənistana nə qədər silah, texnika göndərib onu deyə bilmərəm. Amma Ermənistan bundan sonra Azərbaycanla müharibə aparacaq qüdrətə malik deyil”.

Ermənistanın müharibə etməyə gücünün olmadığını vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Ermənistanın öz sərhədlərini qorumaq üçün lazımı miqdarın heç 30 faizi həcmində hərbi qüvvəsi yoxdur. Onların hərbi texnikası tamamilə dağılıb və məhv edilib:

“Erməni ordusunun içərisində bir-birlərinə qarşı vuruş başlayıb. Onlar öz hərbi hissələrinin içində bir-birləri ilə atışırlar. Bu hadisə də bütün dünyaya yayılıb. Ermənistan rəsmiləri, Baş Qərargah orduda olan bu kimi biabırçı hadisələri ört-basdır etmək istəyirlər. Buna görə də Ermənistan dünən yalandan məlumat yaydı ki, guya Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqeləri Kəlbəcər rayonu ərazisindən atəşə tutulub.

Qaldı ki, Yeravanın bizə qarşı müharibə etmək istəyinə, Ermənistanda yaxşı başa düşürlər ki, hazırkı şəraitdə onlar müharibə edə bilməz. Çünki ermənilərin müharibə aparmaq üçün heç bir resursları yoxdur. Qalibiyyət əzmləri isə məhv olub. Ermənistanın öz sərhədlərini qorumaq üçün lazımı miqdarın heç 30 faizi həcmində hərbi qüvvəsi yoxdur. Onların hərbi texnikası tamamilə dağılıb və məhv edilib.

Qabil Hüseynli: “Onların əsas məqsədi isə Rusiya ilə Azərbaycan arasında gərginliyin yaranmasına nail olmaqdır. Amma çox şükürlər olsun ki, Rusiya da həqiqəti görür və həqiqətə olduğu kimi də qiymət verir”.

Son vaxtlar Rusiya Ermənistana nə qədər silah, texnika göndərib onu deyə bilmərəm. Amma Ermənistan bundan sonra müharibə aparacaq qüdrətə malik deyil. Buna görə də onlar müharibə fikrinə heç zaman düşmənlər. Bölgədə müharibə ancaq o vaxt ola bilər ki, bu müharibəni Azərbaycan istəsin. Azərbaycan isə müharibə istəmir.

Son olaylar da onu göstərir ki, Ermənistanda müəyyən qüvvələr aranı qızışdırmaq, qarmaqarışıqlıq yaratmaq istəyir. Onların əsas məqsədi isə Rusiya ilə Azərbaycan arasında gərginliyin yaranmasına nail olmaqdır. Amma çox şükürlər olsun ki, Rusiya da həqiqəti görür və həqiqətə olduğu kimi də qiymət verir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar