Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsa Qəmbərin təşkilatı kampaniya təklifi verir

Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) 25 may toplantısından bilgi yayılıb. Novator.az-ın məlumatına görə, toplantıda Zəngəzur yolu mövzusu da müzakirə edilib: “Toplantı iştirakçıları Ermənistan siyasi dairələri və erməni diasporu təşkilatlarının bu yöndə çıxışlarına münasibət bildiriblər. Qeyd olunub ki, onilliklər boyu beynəlxalq aləmə guya Azərbaycanın blokadasında qaldığı barədə səs salan, əslində isə öz təcavüzkar siyasəti və Azərbaycan ərazilərini işğal etdiyinə görə təcrid olunan Ermənistan bu gün Azərbaycanın həmin təcridin aradan qaldırılması istiqamətində real addımlarını faktiki boykot edir.

MSDM bildirir ki, Azərbaycanın guya Ermənistanı və Dağlıq Qarabağı blokadaya aldığı üçün 1992-ci ildə ABŞ Konqresində Azadlığa Dəstək Aktına qəbul edilən, Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin indiki mərhələdə qüvvədə saxlanması tamamilə absurddur. Qurum siyasi partiyalara, ictimai birliklərə və bütövlükdə Azərbaycan cəmiyyətinə üz tutaraq bu düzəlişin ləğv edilməsi ilə əlaqədar ciddi kampaniyaya başlamağı təklif edir”.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan edilib. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bir çox bölgəni işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə olunan atəşkəs razılaşması nəticəsində ərazilərin böyük hissəsi azad edilib.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.

10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.

ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişi Konqres 1992-ci ilin oktyabr ayında qəbul edib. 2001-ci il sentyabrın 11-i ABŞ-da baş verən terror aktlarından sonra Konqres Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. O vaxtdan ABŞ prezidentləri hər il 907-ci düzəlişin təxirə salınması qərarı imzalayırlar.

Milli Strateji Düşüncə Mərkəzinə siyasətçi İsa Qəmbər sədrlik edir. O, Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-1993-cü illərdə Milli Məclisin sədri postunu tutub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar