Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Vəliyevlə bağlı qərar verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Cəfər Zalovun vəkili İlqar Rüstəmov vəsatət verərək məhkəmə istintaqının təzələnməsini istəyib.

O bildirib ki, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, ətraflı dindirilməyib: "Yalnız bir dəfə ilkin ifadəsi alınıb, onda da “yadımda deyil, sonra danışaram” deyib. Sonra da səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Amma onun psixoloji vəziyyətinin müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməyib".

Digər vəkillər və təqsirləndirilən şəxslər də bu vəsatəti müdafiə edib. Pokurorlar da vəsatətə etiraz etməyib.

Müşavirədən sonra elan edilən qərara görə, Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəmə istintaqı təzələnib. Elmar Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onun tibbi ekspertizadan keçirilməsinə qərar verilib.

Ekspertizanın nəticəsi bəlli olana qədər məhkəmə prosesi təxirə salınıb.

Qeyd edək ki, əvvəlki proseslərin birində dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Yunis Səfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Digər təqsirləndirilən şəxslərə isə 15-20 il arası azadlıqdan məhrum etmə cəzası təyin edilməsini təklif edib. (pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar