Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə “dərin dövlət”də adı hallanan Korkut Eken kimdir?

Xəbər verdiyimiz kimi, türkiyəli mafiya lideri Sedat Peker “youtube”da yayımladığı sonuncu videosunda Korkut Eken adlı şəxsdən bəhs etmiş, onun jurnalist Kutlu Adalı cinayətinin sifarişçisi olduğunu iddia etmişdi. “Susurluk skandalı”da gizli fəaliyyətləri ortaya çıxan Kokut Eken kimdir?
Yeniavaz.com Korkut Eken haqqında məlumatları təqdim edir:

Korkut Eken 1945-ci ildə Türkiyənin paytaxtı Ankarada dünyaya gəlib. 1963-cü ildə Hərbi Akademiyaya daxil olub. 20 İyul 1974-cü ildə Türkiyənin həyata keçirdiyi Kipr əməliyyatına qatılıb. Cəsarəti və xidmətlərinə görə orden və medallarla təltif olunub. 1978-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı dəstələrində girovların xilas edilməsi əməliyyatlarında iştirak etmələri üçün 40 nəfərlik xüsusi təyinatlı qrup hazırlayır. Uzun müddət PKK ilə mübarizə aparan hərbçilərdən biri sayılır.

1987-ci ildə könüllü olaraq hərbi xidmətdən təqaüdə çıxır. Daha sonra Türkiyənin Milli Kəşfiyyat Təşkilatında (MİT) direktor müavini vəzifəsində işləməyə başlayır. Növbəti il ​​vəzifəsindən istefa verir. 1993-1996-cı illərdə  Türkiyədə polis xüsusi əməliyyat qruplarının hazırlanması sahəsində işləyir.

1996-cı ildə adı “Susurluk Skandalı”na qarışır və həbs edilir. Ailəlidir və 3 övladı var.

Korkut Ekenin 2002-ci ildə verdiyi açıqlamalar Türkiyədə gündəmə çevrilir. O, “Susurluk hadisə”də ölən cinayətkar Abdullah Çatlı ilə əlaqələrinin olduğunu etiraf edir:

“1993-cü ildə polisdə çalışdığım vaxt Çatlı ilə əlaqə qurdum. Bu şəxsi həm Abdullah Çatlı, həm Mehmet Özbay həm də indi xatırlamadığım daha bir neçə kod adı ilə tanıyıram”.
O, İnterpol tərəfindən axtarılmasına baxmayarq Çatlıya dövlət adından tapşırıqlar verdiyini bildirir:
 “Çatlının Avropada əlaqələri var idi, güclü birisi idi. Onun Avropadakı qüvvəsindən faydalanmaq üçün iş təklif etdim. İki-üç dəfə Avropaya getdi və çox vacib məlumatlar gətirdi. Ondan aldığım məlumatlarla PKK liderlərinin Avropadakı yerləri və fəaliyyətləri haqqında informasiya toplayırdım. Bu hesabatları müvafiq orqanlara ötürürdük. Daxili işlər naziri (Mehmet Ağar) belə onunla əlaqə qururdu. Birlikdə yemək yeyirdilərr. Müavinlərin yanına gedir, partiya qurultayına gəlirdi. Keçmişdə də belə olub. İnanın mənə, Çin, Amerika və İngiltərə kimi ölkələr də belə çalışır. Rəsmi vəzifə daha təhlükəli olardı. Niyə belə edilir? Çünki, bəzi əməliyyatlar rəsmi şəkildə həyata keçirilsə dövlətin adına ləkə gətirə bilər. Çatlıya tapşırıq verəndə, “tutulsan səni tanımayacağıq” deyə xəbərdarlıq edirdik”.

Qeyd edək ki, Sedat Peker sonuncu videosunda Korkut Ekenlə Mehmet Ağarın yaxın olduğuna və bir çox üstü açılmayan cinayətlərin təşkilatçılığını etdiklərini bildirmişdi:

“O vaxtlar Korkut Eken və Mehmet Ağarla bir yerdə idim. Onların otaqları belə üz-üzə idi. Mənə dedilər ki, Kiprdə bir adam var, Kipri ​​rumlara satmaq istəyir. O zaman mən gənc adamam, həmin dəqiqə coşdum. Onu öldürməsi üçün öz qardaşımı təklif etdim. Kiprə getdilər, ancaq qətl baş tutmadı. Uca Allah bizə o insanın qanını nəsib etmədi. Sən demə Kutlu Adalı dürüst insanmış. O, narkotik və qumarın Kipri məhv etdiyini, bu proseslərin idarəolunmaz hala gəlib çatdığı barədə məqalələr yayımlayırdı. Korkut Ekenə dedim ki, qətl baş tutmadı, yenə qayıdacaqlar. O isə mənə cavab verdi ki, artıq o iş həll olunub”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar