Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul edib - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də “Signify” - əvvəlki adı “Philips Lighting” olan şirkətin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini qəbul edib.

APA xəbər verir ki, görüşdə “Signify” şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin icrası müzakirə olunub.

Prezident İlham Əliyev Bakı, Sumqayıt və Şamaxı şəhərlərinin küçələrinin işıqlandırılması üçün şirkət tərəfindən görülən işlərdən məmnunluğunu bildirib, bu işlərin nəqliyyatın və əhalinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edbi.

Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Erik Rondolat rəhbərlik etdiyi şirkət tərəfindən ölkəmizdə həyata keçirilən işlər barədə Prezident İlham Əliyevə ətraflı məlumat verib, Bakı və Sumqayıtda işlərin yekunlaşdığını, Şamaxıda isə başa çatmaq üzrə olduğunu bildirib. Qeyd edib ki, tətbiq olunmuş yeni texnologiyalar sayəsində bu layihələrdə elektrik enerjisinə 50 faiz qənaət təmin edilib. Gələcəkdə isə bu qənaət 75-80 faizə çatdırılacaq.

Prezident İlham Əliyev yeni texnologiyaların tətbiqi istiqamətində işlərin davam etdirilməsinin zəruriliyini bildirdi və növbəti mərhələdə Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Şirvan və Lənkəran şəhərlərində də küçə işıqlandırılması layihələrinin hazırlanmasının vacibliyini qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışan dövlətimizin başçısı bildirib ki, ŞuşaAğdam şəhərlərinin baş planlarının hazırlanması istiqamətində ciddi işlər gedir və “Signify” şirkətinin baş planların hazırlanması mərhələsində bu prosesə qoşulması məqsədəuyğundur.

Söhbət zamanı yeni işıq texnologiyalarının tətbiqi ilə tərəvəzçilikdə, quşçuluq və balıqçılıq təsərrüfatlarında yüksək məhsuldarlığa nail olunması üçün pilot layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

***

11:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də “Signify” - əvvəlki adı “Philips Lighting” olan şirkətin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini qəbul edib.

APA xəbər verir ki, bu barərə Prezidentin mətbuat xidməti məlumat yayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar