Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya süni intellektdən ibarət orduya sahib olur?.. - Şoyqunun özü döyüşən robotları sadəcə animasiya deyil ki?..

Süni intellektə sahib robot əsgərlərin texnologiyanın aparıcı ölkələrində, o cümlədən ABŞ və Çində deyil, Rusiyada peyda olmasını dünyanın gələcəyi baxımından necə dəyərləndirmək olar?..

Hərbi ekspert: “Rusiyanın indiyə qədər bir zərbə PUA-sını ortaya çıxara bilmədiyi halda, suni zəka sisteminə aid olan silahların istehsalından danışması reallığı əks etdirmir”.

Rusiyanın rəqibləri olan ABŞ, Çin, İngiltərə, Fransa altıncı nəsil döyüş təyyarələrinin üzərində çalışarkən, Rusiya hələ də beşinci nəsili ortaya çıxarıb təqdim etməkdə çətinlik çəkir”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Rusiyanın müdafiə naziri Sergey Şoyqunun özü müstəqil şəkildə döyüşə bilən robotların kütləvi istehsalına başlaması ilə bağlı açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən həftə “RİA Novosti” Agentliyinə verdiyi müsahibədə bildirib ki, Rusiya artıq fantastik filmlərdə gördüyümüz və özü müstəqil şəkildə döyüşə bilən robotların kütləvi istehsalına başlayıb.

“Artıq eksperiment nümunələri deyil, həqiqətən də fantastik filmlərdə gördüyümüz və müstəqil şəkildə döyüşməyi bacaran robotlarımız var”. Rusiyalı nazirin sözlərinə onu da əlavə edib ki, “gələcəyin silahları” ilə bağlı da böyük işlər aparılır. Hazırda Rusiyanın müdafiə sənayesi müəssisələrində döyüş robotrları istehsal olunur. Həmçinin kəşfiyyat və müdafiə xarakterli digər süni intellektlər də “Kalaşnikov” Konsernində hazırlanmaqdadır.

Xatırladaq ki, son bir neçə ildə istər Rusiya prezidenti Vladimir Putin, istərsə də müdafiə naziri Sergey Şoyqu bir çox kütləvi qırğın silahlarının anonsunu verərək ictimaiyyətə animasiya filmləri nümayiş etdiriblər. Lakin bir çox Rusiya və Qərb hərbi ekspertləri və alimləri həmin silahların yaradılmasını şübhə ilə qarşılayıblar. Maraqlıdır ki, anonsu verilən həmin silahların heç biri hələ də Rusiya ordusununistismarına verilməyib.

Qeyd edək ki, Şoyqunun 3 gün əvvəl anunsunu etdiyi süni intellektli əsgərlər barədə açıqlaması da istər Rusiyada, istərsə də dünyada ciddi qarşılanmayıb. Bir çox ekspertlər hesab edirlər ki, Rusiya Müdafiə nazirinin müstəqil şəkildə döyüşməyi bacaran süni intellektli robotların kütləvi istehsalına başlanılması ilə bağlı verdiyi açıqlama sadəcə Rusiya ordusunu olduğundan güclü göstərmək, düşmənləri qorxutmaq məqsədi daşıyır və əslində nazirin söylədikləri dezinformasiyadır. Hətta bəzi Rusiya hərbi bloqqerləri Şoyqunun bu açıqlamasını sadəcə ironiya və gülüşlə qarşılayırlar.

Rusiyanın müdafiə nazirinin bu bəyanatını nə qədər ciddi qəbul etmək olar və sözü keçən robotlar sadəcə animasiyadan ibarət deyil ki? Ümumiyətlə süni intellektə sahib əsgərlərin texnologiyanın aparıcı ölkələrində, o cümlədən ABŞ, Yaponiya və Çində deyil, Rusiyada peyda olmasını dünyanın gələcəyi baxımından necə dəyərləndirmək olar və Rusiya ordusu süni itellektdən ibarət orduya sahib olarsa, bu dünya hərb sistemində hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Rusiyanın süni zəka ilə idarə olunan silahların seriya istehsalına başlaması yaxın zaman perespektivində real görünmür”.

Dünya silah bazarının 30 faizinə nəzarət edən SSRİ-in varisi olan Rusiyanın hazırda dünya silah bazarında payının 4 faizə qədər azaldığını vurğulayan ekspert PİA.az-a bildirib ki, Liviya, Suriya və Qarabağda rus silahlarının effektivliyi ilə bağlı əldə olunan çox mühüm məlumatlar gələcəkdə Rusiyanın silah bazarındakı payının daha da azalacağını ehtimal etməyə əsas verir:

Rusiya rəsmilərinin bu cür bəyanatlarına biz əvvələr də rast gəlmişik. Lakin Vətən Müharibəsində rus silahlarının gücünü və effektini gördük.

İstənilən halda Azərbaycan müharibənin taleyini əlində olan çox saylı rus silahları ilə deyil, bu silahların İsrail və Türkiyədə istehsal olunan daha üstün versiyaları ilə həll etdi. Biz Rusiya silahlarından məhdud sayda istfadə etsək də, onların modernləşdirilməsində biz Qərb təcrübəsindən yararlandıq. Bu, həm də pilotu aviasiya vasitələrinə aiddir.

Ədalət Verdiyev: “Liviya, Suriya və Qarabağda rus silahlarının effektivliyi ilə bağlı əldə olunan çox mühüm məlumatlar gələcəkdə Rusiyanın silah bazarındakı payının daha da azalacağını ehtimal etməyə əsas verir”.

Ümumilikdə isə Rusiyanın indiyə qədər bir zərbə PUA-sını ortaya çıxara bilmədiyi halda, süni zəka sisteminə aid olan silahların istehsalından danışması reallığı əks etdirmir. Xatırladım ki, zamanında dünya silah bazarının 30 faizinə nəzarət edən SSRİ-in varisi olan Rusiya hazırda dünya silah bazarında payı 4 faizə qədər azalıb. Bu göstərici keçən ilə aiddir. Liviya, Suriya və Qarabağda rus silahlarının effektivliyi ilə bağlı əldə olunan çox mühüm məlumatlar gələcəkdə Rusiyanın silah bazarındakı payının daha da azalacağını ehtimal etməyə əsas verir.

Rusiyanın rəqibləri olan ABŞ, Çin, İngiltərə, Fransa altıncı nəsil döyüş təyyarələrinin üzərində çalışarkən, Rusiya hələ də beşinci nəsili ortaya çıxarıb təqdim etməkdə çətinlik çəkir. Bu sadalanan faktlara əsaslansaq Rusiyanın süni zəka ilə idarə olunan silahların seriya istehsalına başlaması yaxın zaman perespektivində real görünmür”.

Xatırladaq ki, ən müasir texnologiya ilə təchiz edildiyi bildirilən “Armat” tankları iki il əvvəl Rusiya ordusunun istismarına verilməliydi. 2021-ci ildə isə Rusiya ordusunda bu tankların sayı 2000-ə çatmalıydı. Lakin hazırda bir dənə də olsun “Armat” tankı Rusiya ordusunun istismarına verilməyib və bu mövzu sadəcə unudulub.

Bundan başqa Müdafiə Nazirliyinin iddiasına görə artıq yayın sonuna Rusiyada “Sirkon” hipersəs raketinin sualtı qayıqlarda sınağı başa çatacaq. Yayılan məlumatlarda bildirilir ki, sınaqlar planlı rejimdə keçir və başa çatmaq üzrədir. Hərbi sənaye qarşısında yaxın perspektivdə seriyalı istehsala çıxmaq tapşırığı qoyulub. Raket unifikasiya ediləcək və suüstü gəmilərdə də tətbiq olunacaq. Belə ki, onlar üçün universal atış qurğusundan istifadə ediləcək.

Nərminə UMUDLU
pia.az


Etiket: Süni ordu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar