Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ruslara 12 xal verməyimiz 72 yox, 99 faizli sabun idi”

Xəbər verdiyimiz kimi, Niderland Krallığının Rotterdam şəhərində mayın 22-də keçirilən “Avroviziya-2021” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Samirə Əfəndi finalda 65 xal toplayaraq 20-ci olub.

Müsabiqə başa çatdıqdan sonra yerli məşhurlar da məsələ ilə bağlı təəssüratlarını bölüşüblər. Onların bir qismi ilk onluğa düşə bilməməyimizə təəssüflənsə də, bir qismi buna sevinib.

Tanınmış şairə, teleaparıcı Nazilə Səfərli təmsilçimizə qələbə əldə etmədiyi üçün təşəkkür edib:

“Samirə birinciliyə layiqdir, amma birinci olmaq bu zamanda bizə lazım deyil. Artıq pullarımızı Qarabağa xərcləməliyik. Ona görə də Samirəyə bizi xərcə salmadığı üçün təşəkkür edirəm!”

Reper Ramil Nabran təmsilçimizin geyimindən narazı qalıb:

“Di gedin, yatın. Avropa bizi bəyənmir. Onların çaldığı ilə oynamaq lazım deyil. O geyimdə də gərək qızlar yallı getməzdi, nə isə...”

Aparıcı Azər Zahid isə müsabiqəni “siyasi oyun” adlandırıb:

“Bu bir siyasət idi. Bu oyun deyil, sadəcə siyasətdir. Bu mahnı Avropacığazın xətrinə dəydi. Bilirsiniz niyə, çünki mahnıdakı qəhrəman vaxtilə Almaniyaya xidmət etmiş və fransızlara qan udduran biri kimi tarixə düşüb. Acığa Fransa ikinci oldu. Amma birinci olmalıydı sadəcə səhv etdilər. Mən olsam, bu müsabiqəni birdəfəlik tərk edərdim. Ölkə olaraq! Əlavə edim ki, səs və juri səsi boş şeydir! Bütün bunlar siyasi oyundur. Amma arada ruslara 12 xal verməyimiz 72 faiz yox, 99 faizli sabun idi!”

Xatırladaq ki, İtaliya müsabiqədə birinci yerə çıxıb. Ölkə təmsilçisi “Maneskin” qrupu müsabiqədə 524 xal toplayıb. İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox xal toplayan ifa olub.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Ən çox oxunanalar