Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qaziyə düşmən kəsilən kimlərdir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyindən daha bir Qarabağ qazisinə haqsızlıq edilib.

Qaziler.az-a istinadən bildiririk ki, bununla bağlı Masallı rayonunda yaşayan Qarabağ qazisi tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

1993-cü ildə Birinci Qarabağ savaşı zaman Murovdağda gedən döyüşlərdə yaralanaraq 2-ci qrup əlil olan Masallı rayon sakini Atakişiyev Namiq Qaziler.az-a yazaraq bildirib ki, o, haqsız olaraq işdən çıxarılıb.

1991-ci ildə Rusiya Federasiyasında Voronej Meşə Təsərrüfatı İnstitutunu meşə mühəndisi-mexanik ixtisası üzrə bitirən N.Atakişiyev 2000-ci ildən ixtisasına uyğun olaraq Masallı Meşə Təsərrüfatı İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Qarabağ əlilinin 1 oktyabr 2018-ci ildə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində çalışdığı mühasib vəzifəsi ixtisara salınıb və o, işdən azad edilib. Ali təhsilli şəxsə ixtisasına uyğun başqa iş verilməyib:

“Mənə qarşı aparılan bütün haqsızlıqların arxasında vaxtilə Masallı Meşə Tsərrüfatı İdarəsinin rəisi işləmiş, hal-hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin direktor müavini Ağadadaş Qaraşov dayanır. Mən vaxtilə Masallı Meşə Təsərrüfatı İdarəsində işləyən A.Qaraşovun cinayət xarakterli əməllərinə qarşı çıxmışam. O da indi vəzifə səlahiyyətlərindən istifadə edərək mənim ixtisasıma uyğun olaraq Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində işə bərpa edilməyimə əngəl yaradır. Halbuki 2018-ci ildə mənimlə birgə vəzifəsi ixtisara düşən şəxslərin hamısı yenidən işə bərpa olunub”.

N.Atakişiyev bildirib ki, 2018-ci ildən indiyə qədər işə bərpa olunmaq üçün müraciətləri cavabsız qalıb. Qarabağ əlili bununla bağlı dəfələrlə ölkə rəhbəri İlham Əliyevə və müvafiq qurumlara müraciət ünvanlasa da onun müraciətləri cavabsız qalıb.

Qazi Prezident İlham Əliyevə bir daha müraciət edib: “Hörmətli Cənab Prezident, sizdən xahiş edirəm ki, 2-ci qrup Qarabağ müharibəsi əlili, ali təhsilli meşə təsərrüfatı mütəxəssisi olmağımı və ailə vəziyyətimi nəzərə alaraq Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində işlə təmin edilməyimə göstəriş verəsiniz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar