Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kosmosun fəhti, mələklərin ayaqları və İbrahim Xudayi məsələsi

Böyük dövlətlərlə yanaşı özəl şirkətlər də kosmosu fəht etməyə başlayıb. Tam əminliklə demək olar ki, kosmos böyük dövlətlərin fəaliyyət sahəsi olmaqdan çıxıb. İlon Maskın qurucusu olduğu SpaceX Marsın məskunlaşdırılması layihəsi üzərində yorulmadan iş aparır. Ceff Bezosun qurucusu olduğu Blue Origin, Albert Rutan və Riçard Bransonun təsis etdikləri Virgin Galactic və adları bizə məlum olmayan minlərlə şirkət kosmosa can atır. ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pens bir çıxışında demişdi ki, ABŞ-da minlərlə şirkət kosmos sahəsində fəaliyyət göstərir. Həmin minlərlə şirkətin bir neçəsinin adı və fəaliyyəti bizə məlumdur. Ancaq bu məhdud bilgilər belə amerikalıların kosmos fəhtində nə qədər irəli getdiklərini göstərir.

Kosmosun fəhti göy cisimlərinin müşahidəsindən, rəsədxanaların qurulmasından başlayıb. Azərbaycanın Marağa şəhərində 1259–cu ildə yaradılmış rəsədxana Misirdən Çinə qədər geniş bir çoğrafiyada astronomiyanın inkişafına müstəsna təsir edib. Böyük sərkərdə Əmir Teymurun nəvəsi, riyyaziyyatçı və astronom Mirzə Uluqbəyin astronomiyanın inkişafına böyük tövhə verib.

Elmini Mirzə Uluqbəyin məktəbindən, Uluqbəyin şagirdi Əli Quşçunun nəvəsi Kutbettin Əfəndidən alan Taqiyuddin al-Şaminin (Takiyeddin bin Muhammed bin El-Maruf Efendi) İstanbulda qurduğu rəsədxana da Şərqdə astronomiyanın inkişafına önəmli təsir etmək imkanına malik olub. Çox qısa zamanda elmə böyük tövhələr verən bu rəsədxana dindarların tələbləri ilə Osmanlı dövlətinin Şeyxülislamının fətvası ilə bağlandı və göy cisimlərini izləmək günah elan olundu. Dindarların şikayəti və Şeyxülislamının fətvasına görə rəsədxanada göy cisimlərinin izlənməsi zamanı mələklərin ayaqları görünə bilər ki, bu da dinə görə böyük günahdır. “Mələklərin ayaqlarına baxılmasını” günah hesab edən Şeyxülislam dövrünün ən güclü elm mərkəzin bağlatdırıb, fəaliyyətin isə günah elan edib. Bu gün 57 müsəlman dövlətindən birinin də kosmos sənayesinin olmamasının səbəbi də məhz Şeyxülislam(lar)ın bu kimi qərar(lar)ıdır. Bütün islam dövlətlərinin bu gün koronavirusla mübarizədə əcnəbilərdən asılı olmasından da böyük dərd varmı?

Əgər bir gün kosmosu fəht edənlərin, elm və texnologiyada yeni səhifə açanların sırasında soydaşlarımızın imzasını da görmək istəyirsinizsə şair İbrahim Xudayi kimilərinin fikirlərini özgür ifadə etməsinə dözümlü yanaşmalısınız. Əks halda böyük fikir adamı Mirzə Ələkbər Sabirin bir əsr əvvəl ürək yanğısı ilə qələmə aldığı vəziyyət min il keçsə də də dəyişməyəcək:

Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!

Xaqani Cəfərli, politoloq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar