Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimov borclarını ödəmək üçün Vahid Ələkbərovdan pul almalıdır – Səbəb?

London Ali Məhkəməsinin azərbaycanlı iş adamı Mübariz Mənsimovun Azərbaycan mənşəli rus oliqarxı Vahid Ələkbərovun şirkətinə qarşı iddiasında təzminat məbləğinin 15 qat azaldılmasına dair qərarı Palmali şirkətində güclü məyusluğa səbəb olub.

PİA.az bizim.media-ya istinadən xəbər verir ki, bir gün əvvəl Mübariz Mənsimov Vahid Ələkbərovun iki milyard dollarlıq iddiasından imtina edib və indi yalnız 151 milyon dollar tələb edir.

Qeyd edək ki, Palmali şirkətlər qrupu ilə “Lukoil”un törəmə şirkəti “Litasko” arasında qanuni qarşıdurma hələ 2017-ci ildə başlayıb.

“Litasko” Palmali ilə müqaviləni pozmaqda günahlandırılıb və Mübariz Mənsimov iki milyard dollar məbləğində təzminat almağa çalışıb.
“İstanbul Haber” nəşri məhkəmə sənədlərinə əsasən yazır ki, hazırda FETÖ-yə mənsub olmaq ittihamı ilə ev dustaqlığında olan Mübariz Mənsimovun işinə baxan hakim David Fokson “Palmali”nin “Litasko”ya qarşı iddia qaldırmaq hüququna sahib olduğu qənaətinə gəlib. Yəni hakim işi məhkəmə baxışı üçün qəbul edib, lakin təzminat miqdarının şişirdildiyini bildirib.

“Litasko”nun məhkəmədə təqdim etdiyi bir izahatda “Palmali”nin ildə 700 min ton neft nəql etmək öhdəliklərini yerinə yetirdiyi, ancaq üçüncü şəxslərdən icarəyə götürdüyü tankerlərin ödənişində çətinliklər yaşandığı deyilir.

Şirkət “Palmali”nin 2015-ci ildən bəri 3 il ərzində 1,9 milyard dollar zərər tələbinin əsassız, şişirdilmiş və dürüst bir hərəkət olmadığını iddia edir.

Hakim David Fokson “Palmali”nin “Litasko” ilə əlaqəli dəlillərinin yetərli olmadığı qənaətinə gəlib və iddiaçıdan təzminat məbləğini dəyişdirməsini tələb edib. Əks təqdirdə iddia baxılmadan rədd ediləcək.
Sayt Mübariz Mənsimovun 500 milyon dolları keçən borclarını ödəmək üçün bütün ümidlərini bu işə bağladığını yazır.

O, “Lukoil”dan 2 milyard dollar təzminat alaraq bütün borcları ödəməyə söz verib. İndi məhkəmənin tələb olunan təzminat məbləğinin 151 milyon dollara endirilməsi qərarı “Palmali”də ciddi məyusluq yaradıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar