Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Avroviziya-2021” mahnı müsabiqəsinin qalibləri barədəki ağır ittihamlara rəsmi münasibət bildirilib

Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya təmsilçisi olub.

Müsabiqə bitən kimi isə bir sıra xarici KİV-də və sosial şəbəkələrdə italyan rok qrupunun üzvlərinin narkotik maddə istifadəçisi olmaları ilə bağlı video yayılıb.

APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, qrup üzvləri narkotik maddə istifadəçiləri olması ilə bağlı şayiələri rədd ediblər. Qrupun solisti, müğənni David Damiano könüllü olaraq narkotik testindən keçməyə hazır olduğunu bildirib. Testin nəticəsi isə Avropa Yayım Birliyinin rəsmi açıqlamasında veriləcək.

Qeyd edək ki, sözü gedən video “Yaşıl Otaq”dan (qrupun yarışma dövründə yerləşdiyi yer - red.) yayılıb.

Qrup üzvlərinin sözlərinə görə, onlar dünən axşamdan testdən keçməyi istəsələr də bunu dərhal təşkil etmək mümkün olmayıb.

Avropa Yayım Birliyindən isə bildirilib ki, qrup və nümayəndə heyətinin rəhbəri onlara “Yaşıl Otaq”da narkotik olmadığını söyləyiblər:

“Onlar masalarının üstündə şüşələrin qırıldığını izah etdilər”.

Avropa Yayım Birliyindən qeyd olunub ki, hələ də görüntüləri diqqətlə araşdırırlar və əlavə məlumat veriləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Zibillikdən 400 illik rəsm əsərləri tapıldı - Polis sahibini axtarır

Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

Paşinyan növbəyə dayandı, səs verdi, heç nə deməyib getdi - Yenilənib

“Ermənilərin qatili” – Köçəryan üçün gözlənilməz zərbə

Azərbaycanlı həkim: “Almaniyada xəstənin həkimə zəng vurmağa ehtiyacı yoxdur”

Ən çox oxunanalar