Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fələstin konfliktinin “mutasiyası”: İran “xain” ərəb ölkələrini qisas hərəkatı ilə hədələdi

İsrail-Fələstin arasındakı son qarşıdurma tərəflərin atəşkəs elanları ilə qismən səngimiş kimidir. Fəqət bu səngimə konfliktin “mutasiyası”; yəhudi-müsəlman davasının daxili hesablaşmalara  çevrilməsi və İsraildən İslam dünyasına sıçraması ilə nəticələnə bilər.
 
Ovqat.com xəbər verir ki,  İran Baş Qərargahının rəisi general-mayor Məhəmməd Bakrinin ərəb ölkələrinə ünvanladığı ultimativ çağırışından belə anlaşılır.
 
Məhəmməd Bakiri dünən yaydığı bəyanatında Fələstin xalqının sionizmə qarşı son dirənişini qələbə adlandırıb və onları bu münasibətlə təbrik edib. ““Dəmir günbəz” adlı altı boş müdafiə qalxanını çökdürən, əfsanəvi və qeyri-bərabər 12 günlük müharibədə sionistlərin yerlərini daraldan qeyrətli döyüşçülərə və Fələstinli mücahidlərə salamlarımızı göndəririk”, - təbrik mesajında belə deyilir.
 
Bəyanatda həmçinin, ərəb dünyası "Fələstinə xəyanət"də günahlandırılır, xüsusilə də Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi İsraillə münasibətlərini normallaşdıran dövlətlərin liderlərinə barmaq silkələnir. "Fələstin xalqının və mücahidlərinin intiqam atəşinin hədəfi olmamaq üçün ən qısa zamanda sionistlərlə münasibətlərinizi dayandırın", - bildirən general-mayor bununla da ərəb ölkələrinin “qisas hesablaşmaları” ilə çalxalanacağının ilkin “proqnoz”larını verib: "Çirkin Sionist rejimin tərəfdarlarını və xüsusən də İsrail ilə münasibətlərini normallaşdıraraq Fələstin məsələsinə açıq şəkildə xəyanət edən bəzi ərəb ölkələrinin mənfur və korrupsiyalaşmış liderlərini xəbərdar edirik: Son hadisələri dərindən araşdıraraq gələcəyi analiz edin və hesablayın. İsrail ilə əlaqələr qurmağı dayandırın”.
 
Bakıri, İran Silahlı Qüvvələrinin də digər müsəlman ölkələri ilə birlikdə Fələstinə dəstək verdiyi xatırladaraq bildirib: “İntifazanın (müasir texnikalara qarşı daşla mübarizə - Ovqat.com) güclənməsini, işğal olunmuş ərazilərin və Qüdsün işğalçıların çirkin varlığından təmizlənməsinin gərəkdiyini yüksək səslə elan edirik. Bu bizim vazgeçilməz vəzifəmiz və daimi prioritetimiz olaraq qalacaq". 
 
Qeyd edək ki, ötən il BƏƏ, Bəhreyn, Fas və Sudan İsrail ilə normallaşmağı qəbul edən ölkələrin karvanına qatılmışdı. Səudiyyə Ərəbistanı isə yəhudi-müsəlman ziddiyyətlərini yumşaltmaq tədbirləri çərçivəsində hədisləri inanış sistemindən çıxarmaq siyasəti ilə ərəb qardaşlarından geri qalmamağa, dəstəyə qoşulmağa çalışır. Halbuki rəsmi Riyadın təkcə hədisləri gündəlik həyatdan çıxarmaqla öz hədəfinə çata bilməsi xeyli müşkül görünür. Çünki Quranı özünün əsas konstitusiyası kimi qəbul edən Səudiyyə Ərəbistanının qarşısında müqəddəs kitabımızdakı “yəhudilərlə və xristianlarla dost olmayın” məzmunlu bir sıra möhkəm ayələr də dayanır. Krallığın “islahatçı” vəliəhd-şahzadəsinin bu ayələri də inanış sistemindən çıxarması isə mümkün deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar