Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtobus zolaqlarına nəzarətin gücləndirilməsi təklif edilir

Bakının mərkəzində-Rəşid Behbudov küçəsində, Atatürk prospektində Əhməd Rəcəbli küçəsində sürücülərin əksəriyyəti avtobus zolaqları ilə bağlı qaydalara əməl edirlər”.

PİA.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, sürücülər Qara Qarayev prospektində, Məhəmməd Hadi küçəsində, Gəncə prospektində, Babək prospektində avtobus zolaqlarının tələblərinə ciddi əməl etmirlər: “Sanki şəhər mərkəzində sürücülər üzərlərində bir nəzarət hiss edirlər, qaydalar əməl edirlər, lakin şəhər mərkəzinin kənarında isə təəssüf ki, bu, müşahidə edilmir”.

M.Ağayev deyib ki, bu istiqamətdə maarifləndirmə tədbirləri davamlı olaraq aparılır: “Lakin burda əsas diqqət nəzarəti artırmağa yönəldilməlidir. Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində müəyyən tədbirlər həyata keçirir. Amma avtobus zolaqlarının tələblərinə əməl edilməsi, sürücülərə sərt nəzarətin tətbiqi digər həmkar qurum olan Bakı Şəhər Dövlət Yol Polisi (DYP) tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyi yalnız həmin zolaq boyunca nəqliyyat vasitələrini qanunsuz park edən sürücülərə qarşı dayanma-durma qaydalarının pozulmasına görə cərimə tətbiq edir”.

Xatırladaq ki, BNA-nın təklifi əsasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası 10 küçə və prospektdə avtobus zolaqlarının təşkil olunmasını təsdiq edib. Bu çərçivədə artıq 7 ünvanda zolaqların təşkili yekunlaşıb. Hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar