Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qaçqınkom” köçkünlər üçün tikilən qəsəbəni icazəsiz tikib? – Video

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ("Qaçqınkom") Kürdəmir rayonunun Xırdapay kəndində və Samux rayonunun Seyidlər kəndində yeni qəsəbələrin tikilməsinə icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında yer alıb. 

Məlumatda qeyd olunur ki, "Qaçqınkom" Kürdəmir rayonunun Xırdapay kəndində 563 ailəlik, Samux rayonunun Seyidlər kəndində isə 200 ailəlik yeni yaşayış məhəlləsi inşa edəcək.

"Qaçqınkom" 4 mərtəbəli yaşayış binalarından başqa yaşayış məhəllələrində məktəb, klub, həkim məntəqəsi və digər inzibati binalar inşa edəcək. 
Qeyd edək ki, Kürdəmir rayonunda salınacaq yaşayış məhəlləsinin layihəçisi “Azərdövləttikintilayihə” Samux rayonunda salınacaq yaşayış məhəlləsinin layihəçisi isə “Bakı Torpaq” MMC olub.

Onu da bildirək ki, Komitə Şəhərsalma sənədlərinə uyğunluq barədə rəyi və tikintiyə icazəni bu ilin aprel ayında verib.

Lakin maraqlı məqamlardan biri odur ki, bu ilin aprel ayında Kürdəmir rayonunda "tikilməsi"nə icazə verilən 563 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi 2019-cu ildə istifadəyə verilib. 

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar