Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran seçkiləri - Namizədlər həyacanla Konstitusiyaya Nəzarət Şurasının qərarını gözləyirlər

İrandakı namizədlər və seçicilər həyəcanla Şuranın seçki qərarlarını gözləyirlər. Bu fərmanlar iqtidara gələcək gücün xüsusiyyətlərinin və İranın gələcək daxili və xarici əlaqələrinin proqnozlaşdırılmasın­da böyük rol oynayır...

Mustafa Fahs
“Şarkul Avsat” qəzeti, 21 may 2021-ci il

İranda bütün nəzərlər prezidentlik yarışına davam edəcək şəxsləri təyin edən Konstitusiyanı Nəzarət Şurasına çevrilib. Şuranın 12 üzvü gələcək İran prezidentində olacaq ümumi xüsusiyyətləri müəyyən edəcək.

Şura variantlara qərar verdikdən və bənzər tərəflər arasında forma və məzmunda fərqli tərəfləri nəzərə alaraq seçim etdikdən sonra, seçicilərə yarı rəsmi səsvermə hüququ verəcək. 12 üzvdən ibarət olan bu məclisin 6 üzvü İran rejiminin həqiqi lideri Xamenei tərəfindən seçilən din xadimləridir. Digər 6 nəfər lider tərəfindən seçilən Məhkəmə sədrinin təklifi ilə Şura Məclisi tərəfindən seçilir.

Şura 2017-ci ildə keçirilən prezident seçkilərində namizəd sayını 1630-dan 6-ya endirmişdi. Bu seçkilərdə də tətbiq edəcəkləri standartların 592 namizəd sayını minimuma endirməsi gözlənilir. Şura sözçüsü Əli Abbas Kedehdai keçən bazar günü müraciət prosesi tamamlandıqdan sonra lazımi şərtləri və sənədləri təqdim etməyənlərin ləğv ediləcəyini və ən çox 40 namizədin prezident seçkilərində namizəd ola biləcəyini bildirib.

Bu isə o deməkdir ki, seçkilərə gedən yol hamı üçün açıq olacaq, ordudan oilan namizədlərin bütün qüvvələri bir namizəd ətrafında toplanacaq və bu namizəd çoxluğun etirazlarından qaçmaq üçün ləğv edilmədən seçimə daxil ediləcək. Şuranın İran siyasətində ağırlığı olan bəzi simaları da ortadan qaldıracağı gözlənilir.

Mühafizəkarlara qarşı tweet-lər yazan və millətçilik ilə ideologiyanı birləşdirərək populist bir hərəkat yaradan keçmiş prezident Mahmud Əhmədinejadı narahat edən də budur. Bu vəziyyət Əhmədinejadın müşaviri İsfəndiyar Rahim Meşşainin Şuranın mənfi qərar verəcəyindən qorxaraq onu qorumaq üçün bir addım atmasına səbəb olub. Meşşai Twitter hesabında aşağıdakı sözləri paylaşıb: “Xalqın ən yüksək səsi ilə 2 dəfə seçilən bir prezidentin namizədliyini heç bir səbəb göstərmədən rədd etmək bu xalqın iradəsinə və ləyaqətinə təhqirdir. Bu, açıq şəkildə inqilabın, respublikanın və İslamın ruhuna ziddir”.

Şübhəsiz ki, Şuranın seçkilərdə əsas vəzifəsi bu kimi problemləri erkən həll etməkdir. Bu məsuliyyətə görə hərbi keçmişi olan namizədlərlə mülki namizədlər arasındakı rəqabəti məhdudlaşdıracaq və bəzi namizədləri ortadan qaldıracaq. Şura tərəfindən ləğv edilən və ya seçilən namizədlərin portreti icra hakimiyyətinin gələcəyini və rejim quruluşunun baxışını, mahiyyətini təyin edəcək.

İndiyə qədər ölkəni idarə edən Velayət-i Faqih rejimi gələcək siyasi tendensiyalar və iqtidar seçimləri barədə hələ qərar verməyib. Hətta İnqilab Keşikçiləri Ordusunun namizədlərinin artdığını, bir namizədi digərindən üstün tutduğunu ifadə edən bir açıqlama da verməyib. Rəhbər Xameneinin bu məsələyə münasibəti də aydın deyil. Velayet-i Faqih rejiminə ən yaxın adam olan İbrahim Şefin namizədliyi bu qeyri-müəyyənliyi daha da artırır.

Keçmiş parlament sədri Əli Laricaninin namizədliyi “mülayim mühafizəkarlıq” variantının hələ də masada olduğu və daha çox bölgənin dəyişməsi ilə uzlaşdığı barədə fərziyyələrə səbəb olur. Bu arada, hazırkı vitse-prezident Cihangirinin adından mülayim cərəyanla islahatçı hərəkat arasındakı səs nisbətini artırmaq üçün bir yem kimi istifadə edilir.

Bu seçkilərdə fərqli cərəyanlar arasındakı çox qütblülük özünü göstərir. Bu səbəbdən, Şuranın vəzifəsi seçkiləri mühafizəkar və islahatçı cərəyanlar arasında iki qütblü bir hala gətirməkdir. Bununla birlikdə seçkini mühafizəkar, mülayim, islahatçı və hərbi xətlər arasında 3 və ya 4 qütblü bir şəkildə keçirmək üçün qaçırılmayan bir fürsət var.

İrandakı namizədlər və seçicilər həyəcanla Şuranın seçki qərarlarını gözləyirlər. Bu fərmanlar iqtidara gələcək gücün xüsusiyyətlərinin və İranın gələcək daxili və xarici əlaqələrinin proqnozlaşdırılmasın­da böyük rol oynayır. Ölkənin gələcəkdə yaşayacağı böyük dəyişikliklər Şuranın da yükünü və məsuliyyətini artırır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar