Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçalanı “işıqlandıran” 2 aylıq şirkət kimindir? –18 min manatlıq şübhəli tender

Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala Şəhər İnzibati Ərazi Nümayəndəliyi “Fotret-So” MMC ilə maliyyə dəyəri 18 000 AZN təşkil edən satınalma müqaviləsi bağlayıb.

AzToday.az hit.az-a istinadən xəbər verir ki, müqavilədə küçələrin işıqlandırılması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Fotret-So” MMC-nin 22 fevral 2021-ci ilə tarixdə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Bakı Şəhəri Xətai rayonu, Babək prospekti, ev 79, mənzil 32-də yerləşən MMC-nin qanuni təmsilçisi Nəzərov Məmmədbağır Vüqar oğludur.

Açıq mənbələrdə nə “Fotret-So”, nə də Məmmədbağır Nəzərov haqqında məlumat var. Bu, şirkətin yeni yaranması ilə bağlı ola bilər. Reyestr sənədlərindən də görünür ki, şirkət cəmi 2 aydır yaradılıb və satınalma müsabiqələrində iştirak etməyib. Hər halda dövlət satınalmalarının vahid internet portalında “Fotret-So” MMC-nin bundan əvvəl tenderdə iştirakına dair hər hansı bilgi yoxdur.

“Dövlət satınalmaları haqqında” Qanuna görə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması vacibdir. Cəmi iki ayın şirkətinin bu tələblərə cavab verdiyi inandırıcı görünmür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar