Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə-hüquq sistemində İman Nağıyev kabusu

Prezidentin Fərmanı icra olunacaqsa, ilk növbədə onun qurduğu sistem dağıdılmalıdır

Azərbaycanda məhkəmə-hüquq sistemi ölkədə son illər aparılan islahatlardan tamamilə kənarda qalıb. Bütün məhkəmə instansiyalarda vətəndaşların hüquqları kobud şəkildə pozulur, özbaşınalıq, dərəbəylik misilsiz həddə çatıb, ədalət mühakiməsinin yerini hakimlərə verilən rüşvətin həcmi tutub. Ölkə mediasında əks olunan şikayətlərin böyük əksəriyyəti məhz bu sistemin bərbad fəaliyyəti ilə bağlıdır. QHT-lərin hesabatlarında, aparılan sorğularda cəmiyyətdə ən böyük narazılıq mənbəyinin məhkəmə-hüquq sistemi olduğu məlum olur.

2019-cu il aprelin 3-də Prezident İlham Əliyev bu sahədə dözülməz vəziyyətin aradan qaldırılması, islahatların aparılması ilə bağlı Fərman imzalayıb. Fərmanın birinci bəndində göstərilir: Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər…

Təəssüf ki, bu Fərmanın verilməsindən 2 ildən çox vaxt ötsə də onun icrası ilə bağlı ancaq texniki xarakterli məsələlər həllini tapıb. Ədalət mühakiməsi əvvəlkim kimi yoxdur, bu sahəni cənginə almış korrupsiya və rüşvətxorluğun miqyası isə əksinə, artıb.

Bir neçə gün əvvəl Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində birinci və ikinci instansiya məhkəmələrində fəaliyyət göstərən bəzi hakimlərin yeri dəyişdirilməsi ilə bağlı müzakirələr aparılıb. Milli Məclisdən mətbuata sızan məlumata görə, aşağıdakı yerdəyişmələrin olacağı gözlənilir.

Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov Bakı Apelyasiya Məhkəməsinə;

Gəncə Apelyasiya Məhkəməsinin hakimi Nuru Quliyev Şəki Apelyasiya Məhkəməsinə;

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev Sumqayıt Apelyasiya Məhkəməsinə;

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri Vəli Abdullayev Şirvan Apelyasiya Məhkəməsinə;

Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Rəşad Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə;

Şəki Apelyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynov Gəncə Apelyasiya Məhkəməsinə;

Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Nazim Mövsümov Ali Məhkəməyə;

Bakı İnzibati Məhkəməsinin hakimi İlkin Rəcəbov Ali Məhkəməyə təyin olunacaq.

Məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev də sədrlikdən gedəcək və Ali Məhkəməyə hakim təyin ediləcək. 1957-ci il təvəllüdlü sədr 2000 – 2007-ci illərdə bu instansiyada hakim olub.
2005 -ci ildən bu günə qədər Hakimlərin Seçki Komitəsinə sədrlik edir. 2007 -ci ildən isə Bakı Apelyasiya Məhkəməsinin sədridir.

Xatırladaq ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna görə, Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. İman Nağıyev hazırda 64 yaşını tamamlayıb.

Görünür, o hakimlik müddətinin Apellyasiya instansiyasında başa vurmaq istəmir, daha iki il bu postda qalmaq üçün Ali Məhkənin üzvü olmağı üstün tutub.

Məhkəmə sistemindəki rüsvayçı hallardan bəhs edərkən İman Nağıyevin personasının üzərində təsadüfən dayanmadıq. Çünki, indki hakim korpsunun əksər hissəsi 2005-ci ildən üzü bəri onun seçib məhkəmə sisteminə təyin etdiyi şəxslərdir. O, Hakimlərin Seçki Komitəsinin 16 illik sədri kimi bu məsələdə müstəsna rola malikdir.
Qeyd edək ki, Hakimlərin Seçki Komitəsi “Məhkəmə-Hüquq Şurası haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılır və vakant hakim vəzifələrini tutmaq istəyən hakim olmayan şəxslərin sənədlərini qəbul edir, bu şəxslərlə hakim peşəsinə yiyələnmək məqsədi ilə tədris kurslarına qəbul edilmək üçün şəffaf surətdə yazılı və şifahi imtahanlar təşkil edir, hakim vəzifəsinə namizədləri tədris müəssisəsində ilkin uzunmüddətli tədris kurslarına cəlb edir, müsahibə yolu ilə onların hakim olmağa peşə yararlılığını müəyyən edir.

Bəs, İman Nağıyev kimləri seçib, irəli çəkib, onlar necə işləyirlər, bu barədə geniş araşdırma aparmağa ehtiyac yoxdur. Bütün hakimlər, onların arxasında duran şəxslər və məhkəmə sistemindəki dəhşətli qanunsuzluqlar göz qabağındadır.

Bu günə qədər İman Nağıyev bir dəfə olsun arxasız, ömrünün bir hissəsini məhkəmə sistemində keçirən şəxslərin hakimlik arzusunu reallaşdırmağa imkan verməyib. Onun üstünlük verdiyi namizədlər yüksək çinli məmurların, hakim kolleqalarının, varlı biznes adamlarının övladları olub.

Bu hakimlərin cəmiyyət qarşısında “xidmətləri” bəllidir, bu səbəbdən 500-dən artıq hakim barəsində intizam icraatına başlanıb.

Bu təsəvvür olunmaz dərəcədə dəhşətli haldır. Nəzərə alsaq ki, hakimlər heç də hər xırda əmələ görə cəza almırlar, gərək, Məhkəmə Hüquq Şurasına, ölkə rəhbərliyə onlar barəsində çoxsaylı şikayətlər getsin, hakimlərin törətdikləri qanunsuzluqlar ictimailəşsin, ictimai qəzəb doğursun və s…

İman Nağıyevin “yetirmələri” Azərbaycan dövlətinin imicini də yerə vurmaqda mahirdirlər. Bu gün Avropa hüquq məkanından Avropa İnsan Haqları Məhkəməsinə ən çox şikayət ünvanlanan iki ölkədən biri Azərbaycandır. Hər il yüzlərlə şikayət gedir, dövlət bu korrupsioner, ədalət mühakiməsindən, hüquqdan bixəbər “hakimlər” ucbatından milyonlarla avro cərimə ödəməyə məcbur edilir. Nəticədə Azərbaycanda aparılan islahatlara kölgə düşür, dövlətin imici ləklənir, ölkəmiz beynəlxalq hesabatlarda dünyada qanunun aliliyinin olmadığı banan respublikaları ilə bir sıraya qoyulur. Bu da Azərbaycanı xarici sərmayələrdən, genişlənən əməkdaşlıq imkanlarından məhrum edir.

İman Nağıyev 14 il ərzində sədrlik etdiyi Apellyasiya Məhkəməsi çoxsaylı qanunsuzluq, ədalətsiz məhkəmə qərarları ilə medianın gündəmində olub. Məlumdur ki, bu instansiyada hakimlərin heç bir müstəqillyi yoxdur, bütün işlərəin hansı hakimlərin icraatına verilməsindən tutmuş, çıxarılan bütün qərarlar sədrin razılığı ilə qəbul edilir.

Maraqlıdır, daha yüksək məhkəmə instansiyasına təyinat aldığı deyilən İman Nağıyevin karyerasında bu qədər “zəngin” məlumatlara nədən diqqət edilməyib? Onun Hakimlərin Seçki Komitəsinə sədrliyi əbəbdidirmi? Təəssüf ki, bu sualların cavabı yoxdur.

Beləliklə, Məhkəmə Hüquq Sistemində İslahatlara Dair Prezidentin Fərmanının icrasının 2 ildən çoxdur ləngiməsinin əsasə səbəbləri məlumdur. Əgər, bu vacib sənəd icra olunacaqsa, ilk növbədə bu sahədə İman Nağıyevin özü ilə bərabər qurduğu bütün sistemin izləri təmizlənməlidir.

Pərviz Həşimli(gununsesi.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar