Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyaz Niftiyevin məsələsi Milli Məclisdə qaldırıldı – “Onu niyə həbsdə saxlayırsız?”

Tanınmış jurnalist Niyaz Niftiyevin həbsi ilə bağlı məsələ Milli Məclisdə qaldırılıb.

PİA.az -ın xəbərinə görə, millət vəkili Sabir Rüstəmxanlı jurnalistin həbsdə saxlanılmasına etiraz edərək bildirib ki, xırda bir ittihama görə N. Niftiyev 1 il, 3 aydır istintaq təcridxanasındadır:

“N. Niftiyev tanınmış jurnalistdir, Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür, 25 il aktiv jurnalistika fəaliyyəti ilə məşğul olub. Bir çox mükafatlar, “Tərəqqi” medalı alıb. Prezident ona ev hədiyyə edib. Bir neçə elmi kitabın müəllifidir.

Sonra başqa sahədə fəaliyyətini davam etdirmək istəyib. Bələdiyyə seçkilərinə qatılıb və seçilib. Sonra isə Binəqədi bələdiyyəsinin sədri olub.

Sədr seçildikdən cəmi bir neçə gün sonra onu saxta arayışların verilməsi və pandemiya qaydalarının pozulması ittihamı ilə saxlayıblar.

İttihamda qeyd olunur ki, o, guya 9 arayış verib qarşılığında 214 manat pul satmışdır.

Niyaz Niftiyev bu ittihamla razılaşmayıb və qəti şəkildə rədd edir və lazimi faktları da təqdim edib.

Məsələ burasındadır ki, bu, əslində xırda bir ittihama görə Niyaz Niftiyev 1 il, 3 aydır istintaq təcridxanasındadır. Necə aylardır, məhkəməsi başlayıb, amma hər dəfə bir bəhanə ilə onun məhkəməsi təxirə salınır”.

Deputat qeyd edib ki, Niyaz Niftiyev ziyalıdır, himayəsində ağır xəstə olan anası var, bir oğlu hərbi xidmətdədir: “Ona qarşı qəddar bir münasibət var. O, 214 manat rüşvət almaqda ittiham olunur. Bu ittiham isə hələ sübut olmayıb. Amma bir ildən çoxdur bu məhbəs həyatı yaşayır. Olmazdımı ki, heç olmasa bu istintaq, qəsdən uzadılan məhkəmə prosesi vaxtı o polis nəzarətində evə buraxılardı? Necə ki, ağır cinayətlərdə ittiham olunan nazir müavinlərini buraxdınız”.

Qeyd edək ki, N. Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktından görünür ki, istintaqın istinad etdiyi və ittiham olaraq irəli sürdüyü - mübahisələndirdiyi arayışlar içərisində yalnız 4 arayışda N. Niftiyev imzası var.

Niyaz Niftiyev ifadəsində bildirib ki, imza atdığı 3 arayışı verdiyi şəxsin həqiqətən də sədri olduğu bələdiyyə ərazisində yaşayıb-yaşamadığını dəqiqləşdirmək imkanı olmayıb. Bildirib ki, həmin vaxt pandemiya ilə əlaqədar imkansız və tənha ailələrə (800 nəfərə) ərzaq yardımı paylanılıb, bələdiyyəyə sakinlərin axını, gərgin iş rejimi olub. Həmin 3 nəfər öyrədilmiş şəxslər olduğuna görə, bələdiyyə əməkdaşlarını inandıra biliblər ki, həqiqətən, bələdiyyə ərazisində yaşayırlar və hansısa xırda ticarətlə məşğuldurlar.

N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.

Xatırladaq ki, N. Niftiyevin həbsi ilə bağlı bir qrup ziyalı Ölkə başçısına da müraciət etmişdi. (bakupost)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar