Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSX: 20 kiloqram narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) PİA.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi təxminən 20 kiloqram 454 qram narkotik vasitəyə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

May ayının 20-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əmirzeyitli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində sərhəd naryadı tərəfindən içərisində 3 nəfər olan “Niva” markalı 10-BF-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, 2 nəfər şəxsin avtomobildən düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edilib.

Əkin sahəsinə yaxınlaşaraq, oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıblar. Bakı şəhər sakinləri 1998-ci il təvəllüdlü Məmmədov Aslan Bəxtiyar oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Ümid Nazim oğlu olmaları müəyyənləşdirilmiş şəxslərin üzərindəki bağlamaya baxış keçirərkən içərisində ümumi çəkisi 8 kq 684 qram narkotik vasitəyə bənzər maddə (7 kq 700 qram tiryək, 984 qram heroin) aşkar olunaraq götürülüb.

Hadisə yerində olan avtomobilin sürücüsünün İmişli şəhər sakini İsmayılov Coşqun Şaiq oğlu olması müəyyən edilmiş, araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar