Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş onkoloq: "Azərbaycanda onkoloji xəstələrin sayı artıb"

"Bütün dünyada, o cümlədən Azərbaycanda onkoloji xəstələrin sayı artıb”.

PİA.az-ın məlumatına görə, bunu Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş elmi konfransda baş onkoloq Azad Kərimli deyib.

O bildirib ki, 2016-ci ildə 43927 xəstə qeydiyyatda olmuşdusa, ötən il bu göstərici 54403 nəfərə çatıb: “Burada demoqrafik göstəricilərə də nəzər salmaq lazımdır. Demoqrafik göstəricilərlə müqayisəli götürsək, artım olan yerdə istər-istəməz onkoloji xəstəliklərdə də artım müşahidə olunur. Bu gün onkoloji xəstələrin aşkarlanmasında vəziyyət çox yaxşıdır. 2016-ci ildə 17 166 nəfər 5 və 5 ildən artıq yaşayanlar idisə, 2020-ci ildə bu göstərici 19 766 nəfər olub. Ümumi ölüm göstəricilərinə baxsaq, 75 min ölüm hadisəsi qeydə alınıb, onkoloji xəstəliklərdən ölüm cəmi 6 faiz olub".

O qeyd edib ki, fevral ayında səyyar şəkildə TovuzAğstafa rayonlarında uşaqlar arasında profilaktik baxış aparılıb: "Nəticədə 4 nəfərdə onkoloji xəstəliyin olduğu aşkarlanıb. Belə tədbirlərin aparılması, əhalinin maarifləndirilməsi xəstəliyin vaxtında aşkarlanmasına gətirib çıxaracaq".(APA)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar