Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Qazaxın 7 kəndinin və Naxçıvanın 1 kəndinin Azərbaycana qaytarılması barədə danışdı

Ermənistanın nəzarəti altında vaxtilə Sovet Azərbaycanın tərkibində olan ərazilər var və indi də Azərbaycanın tərkibində olan Sovet Ermənistanının əraziləri var. Bu məsələlər üçtərəfli komissiyanın köməyi ilə həll olunmalıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan müvəqqəti olaraq parlamentdəki çıxışı zamanı bildirib.

Xatırladaq ki, Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndi Ermənistanın nəzarətindədir.

Paşinyan parlamentdə bu dəqiqələrdə də davam edən çıxışı zamanı deyib ki, müxalifətin açıqladığı üçtərəfli razılaşma mətni həqiqətən mövcuddur və son 2 gündə işçi formatda tərəflər arasında müzakirə olunur. Bu sənəddə Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına və delimitasiyasına dair məsələləri həll etmək üçün üçtərəfli işçi qrupunun yaradılmasından söhbət gedir. Paşinyan deyib ki, Azərbaycanla Ermənistanın delimitasiya və demarkasiya aparılmalı olan sərhədləri yoxdur. Və əgər indiki situasiya (Garagöl ətrafındakı vəziyyət) həll edilsə belə, gələcəkdə analoji situasiya yarana bilər.

“Biz yenə də beynəlxalq hay-küy qaldırmaq yolu ilə getməliyik? Sonda biz məlum hadisələrdən (müharibədən) sonra elə situasiya ilə üzləşmişik ki, bunu idarə etmək lazımdır. Ona görə də bu məsələlərlə məşğul olmaq üçün üçtərəfli komissiyanın yaradılması təklifi meydana çıxdı”,-Paşinyan bildirib.

O, qeyd edib ki, sənəddəki mühüm bənd tərəflərin situasiyanı qoşunların hərəkəti yolu ilə deyil, ancaq diplomatik yolla həll edəcəyi barədədir. Azərbaycanla diplomatik münasibətlər olmadığından Yerevan bu komissiyanın üçtərəfli olmasını istəyir. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar