Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Daxili İşlər naziri Lotu Qulidən danışdı - Video

Türkiyənin daxili işlər naziri Süleyman Soylu 2020-ci ilin avqustunda Antalyada oteldə qətlə yetirilən “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun vaxtilə Türkiyədən deportasiya edilməsinə baxmayaraq yenidən ölkəyə necə daxil ola bilməsindən danışıb.

Unikal.org xəbər verir ki, Soylu bu barədə “TRT Haber” efirində hazırda xaricdə yaşayan türkiyəli kriminal avtoritet Sedat Pekerin onun ünvanına səsləndirdiyi ittihamları cavablandırarkən bildirib.

Onun sözlərinə görə, vaxtilə Türkiyədən deportasiya olunan Nadir Səlifov daha sonra başqa ölkədən pasport alaraq Kipr üzərindən Türkiyəyə qayıda bilib.“Dünyanın 12 mafiyasından biri Türkiyəyə gəldi. Nadir Səlifov adlı şəxs 20 ilini Rusiyada həbsxanada keçirdi. Səlifov dünyanın 12 ən güclü mafiya rəhbərindən biridir. Çox adam gəlib-gedib, bunu isə yaxaladıq. İçəri atdıq. İki gün ərzində vəkilləri onun Türkiyədən deportasiyasını əngəlləyən, qeyri-leqal miqrantların saxlanılması mərkəzindən sərbəst buraxılmasını tələb edən məhkəmə qərarının çıxarılmasına nail oldular. Deportasiya mərkəzindən geri götürdüm və yerinə qoydum. 2-2,5 ay orada saxladıq, danışdırdıq və sonra ölkəsinə deportasiya etdik. Sonra başqa bir ölkədən pasport aldı, Kiprə getdi, oradan Türkiyəyə gəldi. Yaxın mühafizəçisi onu öldürdü”, - deyə Soylu açıqlamasında qeyd edib.

Qeyd edək ki, Sedat Pekerin sözlərinə görə, Nadir Səlifov Türkiyədə polisin həlak olması ilə nəticələnən atışmada iştirak etməsi şübhəsi altında saxlanılıb, ölkədən çıxarılsa da, daha sonra geri qayıdıb.

“Bilirsiz, Quliyə nə oldu? O öldü! Mənə zəng edib dedi ki, Türkiyəyə gedirəm. Bir müddət Türkiyədə qaldı və daha sonra çıxdı. Dedim getmə, mən orada deyiləm, problemlərin ola bilər. Dedi, mən güclüyəm, “Mehmet qardaşla çox yaxşı münasibətim var”, - dedi. Gəldi, həftəsi bitmədən öldürüldü”, - deyə Sedat Peker açıqlamasında bildirmişdi.

Xatırladaq ki, “Lotu Quli” ötən il yaxın adamı Xan Əhmədlinski (Xəqan Zeynalov) tərəfindən Antalyada yerləşən oteldə sui-qəsd nəticəsində qətlə yetirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar