Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanla Azərbaycan NATO və Yaxın Şərqə necə kömək edə bilər?

Müəllif: Taras Kuzio

ABŞ siyasi iradə göstərərək, qeyri-standart yanaşma ilə Böyük Yaxın Şərqdə İranRusiyadan revanş ala bilər. Bunun üçün Vaşinqton Türkiyə ilə münasibətləri bərpa etməli, İsrail ilə müttəfiqliyi gücləndirməli və yeni müttəfiqlər tapmalıdır.

Türkiyə uzun illlərdir NATO üzvüdür. Üstəlik, o, bu hərbi alyansda ən böyük ikinci orduya malik ölkədir. İsrail isə bu ilin əvvəlində ABŞ Avropa Komandanlığından (Eucom) ABŞ Mərkəzi Komandanlığına (Centcom) köçürülüb. Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı “Yaxın Şərqin NATO-su” adlandırılır.

ABŞ Barak ObamaDonald Trampın hakimiyyəti dönəmində, yəni təxminən on ildən çox müddətdə Cənubi Qafqaz regionundan uzaq dayanıb. Odur ki, Vaşinqton bu regionda əlaqələrini yaxşılaşdırmalı, NATO üzvü olmayan, Qərbyönömlü Azərbaycan ilə Gürcüstana müttəfiq statusu verməlidir.

Xatırladaq ki, ABŞ dövləti Bill KlintonCorc Buşun hakimiyyəti dövründə Avrasiyanın Qərbyönümlü ölkələrinin üzvü olduğu Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatını (GUAM) dəstəkləyirdi. Bu qurumda Azərbaycan və Gürcüstanla yanaşı, Moldova ilə Ukrayna da yer alır.

Bu arada, Türkiyə Ukrayna ilə hərbi sahədə əməkdaşlıq qurur. Hazırda Ankara Kiyevlə birgə pilotsuz uçuş aparatları və qırıcılar istehsal edir. Bundan başqa, çox sayda Krım tatarlarının yaşadığı Türkiyə Ukrayna prezidenti Vladimir Zelenskinin “Krım platforması” təşəbbüsünü də dəstəkləyir. Bu təşəbbüs beynəlxalq ictimaiyyətin diqqətini Rusiyanın Krımı işğalına yönəltməyə hesablanıb.

Bir sözlə, Türkiyə, Azərbaycan, İsrail və Gürcüstan birgə regional təhlükəsizliyi gücləndirəcək, Rusiya ilə İranın Böyük Yaxın Şərqdə təsirinə qarşı olacaq və ABŞ-ın bu mühüm, eyni zamanda qeyri-sabit regionda gücünü artıracaq.

Azərbaycan və Gürcüstan

Azərbaycan ilə Gürcüstan 1991-ci ildən Qərbyönümlü xarici siyasət yürüdür, Avrasiyada Kremlin başçılıq etdiyi inteqrasiya layihələrinə qoşulmaqdan imtina edir. Üstəlik, Tbilisi heç vaxt NATO-ya qoşulmaq niyyətini gizlətməyib. Bu məqsədlə, o, hərbi sahədə islahatlar belə, aparıb.

Azərbaycan isə enerji sahəsində fövqəldövlət kimi son onilliklərdə 24 milyard dollar vəsait xərcləyərək güclü ordu yaradıb. O, bu dövrdə hərbi sahəyə Ermənistandan 6 dəfə çox vəsait xərcləyib. Ermənistan əhalisinin daha az olduğunu və onun enerji resurslarına malik olmadığını da vurğulamaq yerinə düşər.

Bundan başqa, Azərbaycan İsrail və Türkiyədən hərbi avadanlıqlar tədarük edən ölkələr sırasında müvafiq olaraq ikinci və dördüncü yerdədir. Taleyin iztehzasıdır ki, Bakı Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiqləri olan Moskva və Minskdən belə, hərbi avadanlıqlar alıb. Ukrayna da Azərbaycana az da olsa, hərbi texnika tədarük edir. Amma erməni diplomatlar öz acıqlarını İsrail və əlbəttə ki, Türkiyəyə töküb. Onlar nədənsə Rusiya ilə Belarusun xəyanətinə məhəl qoymur.

Azərbaycanın təhlükəsizlik sahəsində əlaqələri İsraillə daha dərin köklərə malikdir, nəinki Türkiyə ilə. Doğrudur, Ankara Bakının əsas müttəfiqi hesab edilir. Amma Azərbaycan 2019-cu ilə qədər hərbi avadanlıqların üçdə ikisini İsraildən tədarük edirdi. İsrail istehsalı olan silahlar, xüsusilə pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri Azərbaycanın ötən ilin payızında 44 gün davam etmiş İkinci Qarabağ müharibəsində qələbəsinə böyük töhfə verib.

Azərbaycan təkcə 21-ci əsrin ordusunu qurmayıb, həm də Türkiyə onun Silahlı Qüvvələrinə NATO standartlarında təlimlər keçib. Azərbaycanla Türkiyə arasında təkcə 44 günlük müharibədən 1 il əvvəl, yəni 2019-cu ildə 13 birgə hərbi təlim keçirilib. NATO təlimləri və uğurlu hərbi təcrübə Azərbaycan Silahlı Qüvvələrini NATO standartlarında orduya çevirib.

Beləliklə, Azərbaycanın 44 günlük müharibədə hərbi uğuru İsrail hərbi texnologiyasının, Türkiyənin Suriya və Liviyada qazandığı uğurlu hərbi strategiyasının və Ankaranın verdiyi “mühüm məsləhətlər”in nəticəsidir. Xatırladaq ki, Türkiyə Suriya və Liviyada uğurlu dron müharibəsi aparıb. Nəticədə Ankara Bəşər Əsədin qüvvələrini asanlıqla məhv edib, Liviyada isə ölkənin şərqinə öz qüvvələrini cəmləmiş feldmarşal Xəlifə Haftarın ordusunun paytaxt Tripolini tutmasına imkan verməyib. Yeri gəlmişkən, İstanbulda fəaliyyət göstərən “Edam” Araşdırmalar Mərkəzində çalışan Can Kasapoğlu bildirir ki, Türkiyə Azərbaycana “təkcə silah deyil, həm də hərbi əməliyyatların konsepsiyasını veribmiş”.

Beləliklə, Azərbaycanla Gürcüstan uzun illərdir ki, NATO ilə əməkdaşlıq edir. Bakı NATO-nun 1999-cu ildən Kosovada və sonrakı illərdə Əfqanıstanda həyata keçirdiyi sülhməramlı əməliyyatlarda iştirak edib. Azərbaycanla Gürcüstan NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına (IPAP) və Sülh Naminə Tərəfdaşlıq planına (PFP) da qoşulublar.

NATO+” Böyük Yaxın Şərqdə

Azərbaycan Rusiyanı qaz oyunçusu kimi sıxışdıraraq regional enerji şəbəkəsində də mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Azərbaycanın enerji resursu Gürcüstan və Türkiyəyə çatdırılır. Üstəlik, İsrailin neftə olan tələbatının 40%-ni də Bakı ödəyir, İsraildən hərbi texnikalar tədarük edilir.

Bu arada, ABŞ prezidenti Donald Tramp islam ölkələri ilə İsrail arasında münasibətləri yaxınlaşdırmaqla bağlı siyasət yürütməmişdən uzun illər qabaq artıq Azərbaycan ilə yəhudi dövləti arasında təhlükəsizlik sahəsində sıx əlaqələr mövcud idi. Xatırladaq ki, Trampın prezidentliyi dönəmində BƏƏ, Bəhreyn, Sudan və Mərakeş kimi dövlətlər İsraillə diplomatik əlaqələrin yaradılması ilə bağlı razılığa gəliblər. Digər ölkələrin də onların yolu ilə gedəcəyi gözlənilir.

Hər halda, ABŞ ilə NATO-nun Böyük Yaxın Şərqdə gücünü artırması üçün Türkiyə ilə İsrail münasibətlərini yaxşılaşdırmalıdır. Hər iki ölkə ilə əla əlaqələrini olan, İkinci Qarabağ müharibəsində qələbə qazanmaq üçün onların hərbi texnologiyasından istifadə etmiş Azərbaycan isə Türkiyə ilə İsrail arasında vasitəçilik edir. Bakı enerji, hərbi və regional təhlükəsizlik məsələlərini müzakirə etmək məqsədilə Türkiyə ilə İsrail arasında görüşün keçirilməsini də təklif edib.

ABŞ bu yaxınlarda İsraillə diplomatik əlaqələr quran Mərakeşlə Bəhreynə NATO üzvü olmayan yeni müttəfiqlər statusu verib. Vaşinqton Bakı ilə Tbilisinin də regional təhlükəsizliyin gücləndirilməsinə böyük töhfə vermək potensiallarının olduqlarını qəbul etməli, onlarla hərbi yardım və təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq etməlidir. İsrail, Misir, İordaniya, Tunis və Küveyt artıq belə statusa malikdirlər.

Bir sözlə, Bayden administrasiyası Böyük Yaxın Şərqdə müttəfiqlərini artırmaq, nəticə etibarı ilə regionda İranRusiyanın zərərli təsirinin qarşısını almaq üçün Qərbpərəst dövlətlərin güclü şəbəkəsini yaratmaq imkanını əldən verməməlidir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The National Interest

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar