Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ münaqişəsində təhlükəli mərhələ - Pol Qobl yeni durumu şərh edib...

Azərbaycan-Ermənistan sərhədində son bir həftə yaranmış gərginlik qərb təhlilçilərinin də diqqətindədir.

PİA.az xəbər verir ki, amerikalı təhlilçi Pol Qobl Qarabağ münaqişəsinin artıq yeni miqyas aldığını yazır:

“Son 25 ildə döyüşlər Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində gedirdi… İndi isə hər iki tərəfdən toqquşmaların dövlət sərhədinə keçməsi, kövrək atəşkəsi qanlı sonluqla bitirməsi təhlükəsi var”, – məqalədə deyilir.

Təhlilçi Rusiya, Birləşmiş Ştatlar və Fransanın qarşıdurmanın daha böyük müharibəyə keçməsini əngəlləməyə çalışdığını yazır

Ermənistan iddia edir ki, Azərbaycan hərbçiləri onun ərazisinə doğru bir neçə kilometr irəliləyib. Azərbaycan isə sadəcə, demarkasiya işi aparıldığını, hərbi qüvvələrin mövqelərini tutduğunu bildirir.

Müəllif qeyd edir ki, Ermənistanın Müdafiə Nazirliyi vəziyyətin nəzarətdə olduğunu, Qaragölə nəzarət etdiyini bildirsə də, çoxsaylı təhlilçilər, o cümlədən regionda yaşayan ermənilər buna şübhə edirlər. “Bir neçə gün öncə sərhəddə yaşayan ermənilər Yerevana müraciət edərək onlara silah verilməsinə çağırıb… Onların fikrincə, Ermənistan ordusu bu işin öhdəsindən gələ bilmədiyini ortaya qoyub”, – məqalədə deyilir.

Müəllif sərhəd məsələsinin üç səbəbdən indi ortaya çıxdığını yazır. Birincisi, ErmənistanAzərbaycan qüvvələri hazırda üzbəüz dayanıblar. İkincisi, Moskva özəlliklə Sünik vilayətindən sərhədlərarası nəqliyyat xəttinin açılmasına çağırır. Üçüncü məsələ isə Türkiyənin Cənubi Qafqazdakı nüfuzudur. Azərbaycanın “Zəngəzur” dediyi dəhliz açılarsa, Türkiyənin Azərbaycan və Orta Asiya ilə quru əlaqəsi yaranacaq ki, Ermənistan, Rusiyaİran bundan narahatdır. 

Çətin məsələ

Təhlilçi sərhədin delimitasiyası və demarkasiyasının təkcə Sünikdə deyil, başqa yerlərdə də həddən artıq çətin olacağını qeyd edir. Çünki onların ümumi istifadə edəcəyi xəritə yoxdur, ortalıqdakı iki sovet xəritəsi azı 30 illikdir. Ermənistanın istinad etdiyi sovet topoqrafik xəritəsinə görə Qaragölün 80 faizi onun ərazisinə düşür. Azərbaycanın üstünlük verdiyi sovet hərbi xəritəsində isə həm gölün böyük hissəsi, həm də hərbçilərin irəlilədiyi yerlər məhz Azərbaycanın suveren ərazisidir.

Azərbaycan Milli Elmlər Akademiyasında coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov isə AzadlıqRadiosuna deyib ki, həm Azərbaycan, həm də Ermənistanın sovet hakimiyyəti illərindəki xəritələrində sərhədlər dəqiqliklə göstərilib və aralarında heç bir fərq yoxdur

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib. (gununsesi.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Naxçıvan Ali Məclisində yeni təyinatlar olub    

Ən çox oxunanalar