Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Neftçi"yə çempionluq kuboku verildi - Yenilənib

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıb.

"Report"un məlumatına görə, "Dalğa Arena"dakı tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.

Öncə tarixində ilk dəfə bürünc medal qazanmış "Sumqayıt"a bürünc, ardınca isə "Qarabağ"a gümüş medallar verilib. Bu zaman Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev və müdafiəçisi Kevin Medinanın medalı boyunlarına taxmamaları diqqət çəkib

Sonda isə "Neftçi" qızıl medallarını alıb. "Ağ-qaralar"a çempionluq kubokunu AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.

***

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulub.

"Report"un məlumatına görə, XXVIII turun sonuncu matçında çempion komandanın adına aydınlıq gəlib.

Son turadək 57 xalla lider olan "Qarabağ" ondan bir xal az toplayan "Neftçi"nin qonağı olub.

"Dalğa Arena"dakı matç qarşılıqlı hücumlar şəraitində başlayıb. Ağdam təmsilçisi matçın əvvəlində topa nəzarət etməyə çalışıb. Paytaxt klubu isə əsasən rəqibini öz meydanında qəbul edib.

İlk hissənin sonlarına doğru komandalar təhlükəli vəziyyətlər yaratmağa başlayıblar. 36-cı dəqiqədə Patrik Andrade fürsətdən yaratlana bilməyib. 37-ci dəqiqədə Ömər Buludovun yaxın məsafədən iti bucaq altında zərbəsi qapının üstündən keçib.

Hissənin sonunda "Qarabağ"ın futbolçusu Patrik Andrade zədələnib. İkinci hissədə onun yerinə meydana Kvabena Ovusu daxil olub.

İlk yarı qolsuz yekunlaşıb.

İkinci hissə qarşılıqlı hücumlar şəraitində başlayıb. İkinci hissənin ortalarında "Qarabağ"dan Xayme Romero rəqibin cərimə meydançasında yerdə qalib, lakin baş hakim Elçin Məsiyev oyunu davam etdirib. 65-ci dəqiqədə Mahir Emrelinin başla zərbəsi çərçivəyə düşməyib.

Oyunun sonlarına doğru "Neftçi"nin baş məşqçisi Samir Abasov meydana daha 2 hücumçu - Mirabdulla Abbasov və Ahmed Ahmedovu buraxıb. Artıq hamı oyunun qolsuz yekunlaşacağını düşündüyü vaxt 90-cı dəqiqədə Ahmedov qələbə topuna imza atıb.

Bununla da xalını 59-a çatdıran "Neftçi" "Qarabağ"ın ardıcıl 7 mövsümlük çempionluğuna son qoyub və qızıl medallara yiyələnib. Bu, flaqmanın 9-cu çempionluğu olub.

"Neftçi" UEFA Çempionlar Liqasında iştirakı təmin edib. "Qarabağ" isə 2021/2022 mövsümündə Konfrans Liqasına qatılacaq.

"Ağ-qaralar"a qızıl medalları isə baş məşqçi karyerasında ilk dəfə Samir Abasov qazandırıb.

***

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII - sonuncu turunun "Neftçi" - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

PİA.az-ın məlumatına görə, "Dalğa Arena"dakı görüşdə hesab açılmayıb.(Report)

***

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII - sonuncu turunun "Neftçi" - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

PİA.az-ın məlumatına görə, "Dalğa Arena"dakı görüşdə hesab açılmayıb.

Hazırda Ağdam təmsilçisi 54 xalla birinci yerdədir. "Ağ-qaralar" rəqibindən bir xal az toplayıb.(Report)

***

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII - sonuncu turunun “Neftçi” – “Qarabağ” oyunu başlayıb.

***

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turunda üz-üzə gələcək "Neftçi" və "Qarabağ" klublarının start heyətləri açıqlanıb.

PİA.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar...

“Neftçi”: 30. Aqil Məmmədov 7. Namik Ələskərov 8. Emin Mahmudov (k) 3. Mamadu Mbodj 36. Mamadu Kane 6. Voyislav Stankoviç 29. Sabir Buqrin 4. Keysuke Honda 24. Yusuf Laval 5. Anton Krivotsyuk 26. Ömər Buludov

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 12. Kamran İbrahimov 22. Mirabdulla Abbasov 19. Fəhmin Muradbəyli 28. Stiven Monroz 91. Tallison Diaz 17. Bruno Teluşi 9. Ahmed Ahmedov 20. Mert Çelik 49. Alves De Souza 80. İsmayıl Zülfüqarlı

Baş məşqçi: Samir Abasov

“Qarabağ”: 12. Emil Balayev 5. Maksim Medvedev (k) 2. Qara Qarayev 55. Bədavi Hüseynov 11. Mahir Emreli 10. Abdullah Zubir 9. Xayme Romero 81. Kevin Medina 6. Patrik Andrade 18. İsmayıl İbrahimli 44. Elvin Cəfərquliyev

Ehtiyat oyunçular: 95. Məmməd Hüseynov 94. Ayhan Arazlı 30. Abbas Hüseynov 4. Rahil Məmmədov 7. Kvabena Ovusu 8. Uroş Matiç 27. Toral Bayramov 66. Cavid Bayramov 21. Rauf Hüseynli 99. Hüseyn Hüseynzadə 29. Zamiq Əliyev

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar