ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
PİA.az-ın xəbərinə görə, bu barədə Ağ Evin saytında məlumat verilib.
Telefon danışığı zamanı tərəflərQəzzadakı vəziyyət, İsrailin "HƏMAS" və digər terrorçu ünsürlərin fəaliyyətinin zəiflədilməsi istiqamətində irəliləməsi, regional dövlətlərin hökumətlərinin və ABŞ-ın davam edən diplomatik səyləri barədə ətraflı müzakirə aparıblar.
ABŞ Prezidenti İsrailinBaş nazirinə bildirib ki, o, bu gün gərginliyin ciddi şəkildə azalacağını gözləyir.(APA)
pia.az