Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan saçma-sapan iddilar - Tehran Azərbaycanla Ermənistanın sərhəd mübahisələrindən niyə narahatdır?..

Nəzərə alsaq ki, Azərbaycanın İranla sərhədi 30 il müddətində işğal altında olub və işğalçılarla İran arasında həmin sərhədlərdə qanunsuz əməkdaşlıq həyata keçirilib, o zaman İranın bu gün sərgilədiyi mövqeyini necə dəyərləndirmək olar?..

Politoloq: “İranın Azərbaycanın Ermənistanla öz sərhədlərinin dəyişməsinə icazə verməyəcəyini deməsi anlamsızdır və heç bir əsası da yoxdur. Çünki Azərbaycan İranla sərhəddə hər hansı bir dəyişiklik aparmır”.

Azərbaycanla Ermənistan arasında sərhəd məsələsində İran özünü ortaya atmasa, daha yaxşı olar. Bu gün sərhədlərin dəqiq müəyyənləşdirilməsi məsələsi ErmənistanAzərbaycan arasında aparılan bir prossesdir və bu proses də beynəlxalq hüquqlar çərçivəsində aparılır. Buna görə də İranın narahatlığı üçün əsas da yoxdur”.

Bu sözləri politoloq Turan Rzayev İranın AzərbaycanErmənistan arasında olan sərhəd məsələsinə müdaxilə etməsinə münasibət bildirərkən qeyd edib.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zunnuri “Zəngəzur dəhlizi” və Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi şərh edərək bildirib ki, Tehran İran-Ermənistan sərhədlərində dəyişiklik olmasına imkan verməyəcək:

İranın mövqeyi çox dəqiq, sadə və dəyişməzdir. Biz regionda heç bir sərhəd dəyişukliyini qəbul etmirik. Region ölkələrinin sərhədləri dəyişilməz olaraq qalmalıdır. Buna görə də əgər Ermənistan torpaqlarını ələ keçirmək haqqında qərar qəbul ediləcəksə və bizim yeni qonşumuz peyda olacaqsa, bu bizim üçübn qəbuledilməzdir”.

Xatırladaq ki, Azərbaycanın bütün beynəlxalq aləm kimi, İran tərəfindən də qəbul olunmuş İranla sərhədləri 30 il işğal altında olub və bu illər boyu İran bir dəfə də olsun öz sərhədlərinə qarşı tərəfdən tanınmamış separatçı qurumun terrorçu silahlı qüvvələrinin nəzarət etməsinə etiraz etməyib. Bu da təbii ki, İranın ölkəmizin suverenliyinə olan mövqeyini ortaya qoymaqdadır. Əslində Tehran 30 il müddətində sərhədlərində narkoticarətlə məşğul olan silahlı qüvvələrin nəzarət etməsinə susqunluqla yanaşması, və hətta bu qüvvələrlə əməkdaşlıq etməsi onu göstərir ki, İran separatizmin, narkoticarətin himayəçisi kimi çıxış edib. İdi isə İran rəsmisinin hansısa sərhəd dəyişikliyindən bəhs edrək, ölkəsinin bu dəyişikliyi qəbul etməyəcəyini bildirməsi sadəcə gülməlidir.

Zunnuru xüsus olaraq qeyd edib ki, İranErmənistan arasında olan ümumi sərhəd qorunub saxlanılmalıdır. Bu fikirləri səsləndirərkən İranın “Zəngəzur dəhlizi”nə qarşı olduğu ortaya çıxır, çünki dəhlizi Rusiya qoruyacaq və İran parlamentinin rəsmisi də bunu sərhədlərində yeni qonşunun peyda olması ilə əlaqələndirir. Halbuki elə həmin sərhədləri bu gün də Rusiya Federal Təhlükəsizlik Xidmətinə aid olan sərhəd qoşunları qoruyur. Nədənsə İran rəsmisi sərhədlərində yeni qonşunun, yəni Rusiyanın artıq 200 ildən artıqdır ki, peyda olduğunu unudur.

Sözlərinə davam edən Zunnuri İranın niyə “Zəngəzur dəhlizi”nə qarşı olduğunu da açıqlayıb. Zunnuruyə görə İranın sərhədində başverə 44 günlük müharibə əslində İrana qarşı olan müharibə olub və bu müharibədən sonra Rusiya və Türkiyə İranı İranın “oyundan kənar vəziyyətdə” saxlayıb və regional məsələlərin həllinə İranın iştirakına izn verilməyib. Zonnurinin fikrincə bütün bunlardan sonra Moskvanın əliaçıqlılqla İranın sərhədindən yeni beynəlxalq kommunikasiya dəhlizini yaratmaq istəməsu sadəcə Ermənistanı İrandan ayımaq cəhdidir və Tehran buna qarşıdır..

Gördüyümüz kimi, İran açıq şəkildə 30 illik sürən işğalı Ermənistan qədər müdafiə edir və bu zaman yeni geosiyasi reallıqların Tehranın maraqlarına qarşı olduğunu da gizlətmir. Nəzərə alsaq ki, Azərbaycanın İranla sərhədi 30 il müddətində işğal altında olub və işğalçılarla İran arasında həmin sərhədlərdə qanunsuz əməkdaşlıq həyata keçirilib, o zaman İranın bu mövqeyini necə dəyərləndirmək olar? Ümumiyyətlə İran-Ermənistanİran-Azərbaycan münasibətlərini hansını strateji münasibətlər adlandırmaq olar?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “İran-Ermənistan münasibləri birbaşa Kremlin tapşırıqları ilə formalaşır”.

İranın Azərbaycanla Ermənistan arasında sərhəd məsələsində özünü kənarda saxlamasının daha yaxşı olacağını düşünən politoloq PİA.az-a bildirib ki, bu gün sərhədlərin dəqiq müəyyənləşdirilməsi məsələsi ErmənistanAzərbaycan arasında aparılan bir prossesdir və bu proses də beynəlxalq hüquqlar çərçivəsində aparılır. Buna görə də İranın narahatlığı üçün əsas da yoxdur:

“Bəli 30 il ərzində Ermənistan İran-Azərbaycan sərhəddinin bir qismini də işğal altında saxlayırdı. Lakin bu reallığı dəyişmir. Çünki İran da başda olmaqla bütün dünya Azərbaycanın ərazi bütövlüyü tanıyır. İndiki halda İranın Azərbaycanın Ermənistanla öz sərhədlərinin dəyişməsinə icazə verməyəcəyini deməsi anlamsızdır və heç bir əsası da yoxdur. Çünki Azərbaycan İranla sərhəddə hər hansı bir dəyişiklik aparmır və bunu da nəzərdə tutmur.

Ölkə başçısı da Zəngəzura səfəri zamanı Xudafərin körpüsünü dostluq körpüsü adlandırması İrana verilən mesaj idi. Ola bilər ki, indiki halda İran Azərbaycan-Ermənistan dövlət sərhəddinin müəyyənləşdirilməsi zamanı yaşanan gərginliyi özü üçün təhlükə hesab edir. Bu da mənasız yanaşmadır. Çünki Azərbaycan-İran sərhəddi ilə Azərbaycan-Ermənistan sərhəddi arasında kifayət qədər fərq var. Əsas fərq isə odur ki, Ermənistan Azərbaycanla sərhədlərini 30 il müddətində bir neçə kilometr qabağa çəkib. İndi sə əsassız şəkildə həmin əraziləri özünükü hesab edərək, Azərbaycanın onun ərazisinə girməsi ilə bağlı hay-küy yaradır. Əgər Ermənistan tərəfi haqlı olsaydı, sərhəddəki vəziyyətə nəzarəti həyata keçirən Rusiya Ermənistanı müdafiə edər və Azərbaycana öz etirazını bildirərdi.

Bu yaxınlarda Azərbaycan sərhədçilərinin bərpa etdiyi Qaragöl ərazisi faktiki olaraq Azərbaycana məxsusdur. Sadəcə olaraq Ermənistan o ərazini zəbt edib özününkü kimi təqdim edir. Lakin əldə olunan xəritələr və son texnologiyalar əsasında o sərhədlərinin hazırda bərpa prosesləri gedir. İran tərəfinin bu prossesdən narahat olması üçün heç bir əsas yoxdur. Çünki işğal dövründə Ermənistan İran sərhədlərini Qarabağa doğru irəli çəkməyib. Amma Ermənistan sərhədlərini Qarabağa doğru irəli çəkib.

Turan Rzayev: “Bu gün İran Astara keçidindən necə keçirsə, eyni qaydada da Zəngəzur dəhlizindən keçib Qarabağa gələ bilər”.

İran-Azərbaycanİran-Ermənistan münasibətləri təbii ki, fərqli istiqamətdədir. Düşünürəm ki, İran-Ermənistan münasibləri birbaşa Kremlin tapşırıqları ilə formalaşır. Müharibə dövründə 500 tona yaxın silahın İran ərazisindən göndərilməsi, bir çox hallarda İrandan Ermənistanda yerləşən bazarlara silahların göndərilməsi kimi addımların arxasında Rusiya dayanır. Bu artıq bizə də məlum olan hadisədir.

Azərbaycan-İran münasibətləri isə tam fərqli sferada inkişaf edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Qələbə paradında səsləndirdiyi regiondakı altılıq formatına İranın da daxil idi. Hətta bu formatla bağlı təşəbbüsü ələ almaq üşün İranın zarici işlər naziri Məhəmməd Zərif həmin ölkələrə səfər edərək nəqliyyat dəhlizi ilə bağlı Tehranın planını irəlü sürdü. Görünür ki, Tehranın planı Mockva və Ankara tərəfindən heç də isti qarşılanmayıb və bu üzdən də Tehran Zunnurinin dili ilə İranın regiondakı əhəmiyyətini gözə soxmağa çalışır və hardasa Ankara və Moskvadan onu da regional məsələsin bir parçası olmağa imkan verməyi tələb edir.

Turan Rzayev: “Ermənistan üçün İran zərurətdir. Amma Azərbaycan üçün İran əməkdaşdır. İran Ermənistana müxtəlif şərtlər qoya bilər. Amma bunu Azərbaycana qarşı edə bilməz”.

Onu da qeyd edim ki, Azərbaycanİran arasında da çoxtərəfli münasibətlər mövcuddur. Uzun müddət ki, İran Naxçıvana qazın verilməsində və Naxçıvana gediş-gəlişdə Azərbaycanla əməkdaşlıq edir.

Ermənistan üçün İran zərurətdir. Amma Azərbaycan üçün İran əməkdaşdır. İran Ermənistana müxtəlif şərtlər qoya bilər. Amma bunu Azərbaycana qarşı edə bilməz. Bildiyimiz kimi İran Ermənistan ərazisindən keçərək malları Qarabağa göndərirdi. Yəni bu Zəngəzur dəhlizi vasitəsilə baş verirdi. Regionda yenidən nəqliyyat vasitələri açılandan sonra İran Qarabağa mallarını göndərə biləcək. Təbii ki, bu Azərbaycan sərhədçilərinin müşayiəti və Azərbaycan qanunları çərçivəsində olacaq. Bu gün İran Astara keçidindən necə keçirsə, eyni qaydada da Zəngəzur dəhlizindən keçib Qarabağa gələ bilər.

Bütün bunlara görə də Azərbaycanla Ermənistan arasında sərhəd məsələsində İran özünü ortaya atmasa, daha yaxşı olar. Bu gün sərhədlərin dəqiq müəyyənləşdirilməsi məsələsi ErmənistanAzərbaycan arasında aparılan bir prossesdir və bu proses də beynəlxalq hüquqlar çərçivəsində aparılır. Buna görə də İranın narahatlığı üçün əsas da yoxdur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar