Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə Şuşanın və Azərbaycan xalqının yeni rəmzi ilə bağlı mübahisələr gedir

Mayın 12-də Şuşada yeni məscidin təməli qoyulub. Təməlqoyma mərasimində ölkə rəhbərləri iştirak ediblər.

Azərbaycanda mübahisə edirlər: Şuşada iki tarixi məscid varkən yeni məscidə gərək varmı, əhalinin sayı o qədər azdır ki, dindarlar birini də doldurmayacaqlar? Digərləri isə ultramodern üslubda hazırlanmış layihənin arxitekturasını müzakirə edirlər. Yeni bina ölkənin tarixi mədəniyyət paytaxtının harmoniyasını pozmayacaqmı?

Oksford Universitetinin əməkdaşı, politoloq Leyla Əliyeva Turan-a müsahibəsinə istənilən şəhər üçün onun mərkəzi, ən yüksək binası və ya millətin liderlik dəyərini əks etdirən abidəsinin görünüşünün əhəmiyyətilə başlayıb.

Tbilisi üzərində "Ana-Gürcüstan" abidəsi üstündür. Bu, ölkənin qavranılması üçün çox vacibdir. Bakıda ən yüksək bina SOCAR-ın ofisidir, ancaq neft zəngin milli mədəniyyətə malik Azərbaycan cəmiyyəti üçün dəyər ola bilməz. Şuşada şairə Natəvanın heykəli və ya ilk respublikanın banisi Məhəmmməd Əmin Rəsulzadənin heykəli üstünlük təşkil edə bilərdi.

Dünyəvi Azərbaycanda məscid əsas bina olmamalıdır, xüsusən də millətin mədəniyyətinin tarixən inkişaf etdiyi Şuşada. Azərbaycan öz rəmzini dünyaya məscid şəklində təqdim edə bilməz. Biz Səudiyyə Ərəbistanı deyilik, biz özümüzü dünyaya islamın müdafiəçisi kimi təqdim edən İran deyilik, - Leyla Əliyeva hesab edir.

Şuşada bərpa işləri də daxil olmaqla, tikinti üzrə istənilən layihə ictimaiyyətlə, əsasən şuşalılarla, ictimai təşkilatlarla razılaşdırılmalıdır, - o deyib.

Çoxları qeyd ediblər ki, məscidin möhtəşəmliyi özündə məna yükü daşımır. O, pulların yuyulması üçün lazım olan "ağ fillər" kimi mənasızdır. Mehriban Vəzirin essesində deyilirdi ki, Şuşada tarixi məscidlər yerli zadəganların vəsaiti hesabına tikilib. Dövlət vəsaiti hesabına məscid tikmək isə Allahın evini yetimlərdən alınan pulla tikmək deməkdir.

"Layihəni bədii tərəfdən mühakimə etmək istəmirəm, çünki mən mütəxəssis deyiləm. Digər fikirləri xatırladım: yazırdılar ki, layihə Moskvada Qaqarinin abidəsində olduğu kimi uçan raketi xatırladır. Dubaydakı göydələnlərlə müqayisə edirdilər.

Əgər Şuşada ən yüksək nöqtədə Natəvanın heykəli, yaxud kitabxana binası tikilsəydi, məncə, bu, bizim dəyərimizin, imicimizin dünyaya nümayişi olardı.

Rəsmi məntiqi başa düşürəm ki, Şuşada bu yer xristian aləmində birincilik iddiasında olan Ermənistanla rəqabətdədir. Aydındır ki, Azərbaycan belə böyük bir məscid tikməklə erməni tərəfin iddiasına cavab verir. Lakin məsələ ondadır ki, müasir dünyada biz rəqabət məntiqinə əməl etməməliyik. Çünki o zaman biz onu reduksionist, qeyri-adekvat məntiqlə bəsləyirik. Axı bizim dünyada heç də hər şey din tərəfindən müəyyən edilmir və bu məntiq dövlətin və millətin əsas meyarlarına uyğun deyil. Bizim əsas özəlliklərimiz müasir mədəniyyətə töhfə və modernləşmə qabiliyyəti olmalıdır, din yarışında iştirak etmək yox", - politoloq qeyd edib.

Arxitektor, Bakıda evlərin tikintisi (bəlkə də dağıdılması) ilə bağlı fəal mövqeyi ilə tanınan Elçin Əliyev də Turan-ın suallarını cavablandırıb.

O hesab edir ki, reallıqda şəkildə bizə göstərilən kimi məscid mümkün deyil. Əsasən bu, minarələrin formasına aiddir.

Elçin Əliyev Azərbaycanın tarixi şəhəri Şuşada yeni müasir məscidin tikintisini düzgün qərar hesab edir.

Şuşaya bizim mədəniyyətimizlə bağlı olan və görünüşünü dəyişməyin, üstəlik sökməyin mümkün olmadığı digər sakral tikililəri kölgədə qoyan memarlıq dominantı lazımdır. Şuşada tarixi və müasir memarlığın qonşuluğu da təəccüb doğurmamalıdır:

“Bizim istəyimizdən asılı olmayaraq, "köhnə"nin yerinə yeni memarlıq gəlir və bu, çoxəsrlik ümumdünya prosesidir", - o qeyd edib.

Elçin Əliyev hesab edir ki, tarixi mühitdə köhnə və yeni binaların qonşuluğuna yol vermək olar və bu, hətta yaxşıdır.

Moskvada Ostankino teleqülləsini, Parisdə Eyfel qülləsini, Londonda modern “xiyar” binanı oxuculara xatırladaq.

“Məsələ başqadır” deyə memar davam edir: "yeni" arxitekturanın keyfiyyəti və onun yaradıcılarının peşəkarlığı.

Layihənin konstruktiv hissəsi də şübhə doğurur – bu cür hündür və formaca əyri minarələri tikmək mümkündürmü? Heydər Əliyev prospektində SOCAR-ın yeni binası kimi olmasın: təqdim olunan layihədə binanın forması hamar, mükəmməl və qüsursuz idi, amma yarımçıq pilləli piramida inşa edildi.

Elçin Əliyev açıq memarlıq müsabiqəsinin elan edilməməsinə təəccüblənir. Hər bir azərbaycanlı memar bunda iştirak etməyi özünə borc bilərdi. Bir ay ərzində sifarişçilərə onlarla müxtəlif ideyalar təqdim edərdilər. Bəlkə də indiki layihədən daha yaxşısı olardı. Ölkənin seçimi olardı. Adamlar yenidən yaxşı bir fikrin müzakirəsində birləşərdilər. Bizim məhz buna ehtiyacımız var. Amma Heydər Əliyev Fondunun loqotipinə açıq müsabiqə elan edildi.

Elçin Əliyev müsahibədə deyir: "Təqdim olunan layihənin tənqidindən kənarda qalacağam, əvvəla, layihə mənim ölkəmin prezidenti tərəfindən təqdim edilib, ikincisi (və bu zaman tənqid edir-red.), bir mütəxəssis kimi hesab edirəm ki, onun əsasını rəqəmlərdən yaranan forma yox, funksiya təşkil etməlidir.

"Təəssüf ki, hər zamankı kimi oldu, Qarabağ işğaldan azad olunana qədər də belə idi. Vəd edilən şəffaflıq və aşkarlıq görünmür”, - memar Elçin Əliyev söhbəti yekunlaşdırıb.

Yeni layihənin memarlarının adları açıqlanmır. Məscidin bünövrəsinin qoyulmasından sonra prezident İlham Əliyev deyib:

“Məscidin tikintisi ilə bağlı qərarı mən çoxdan vermişdim. Şuşa şəhəri işğalçılardan azad olunandan sonra artıq bu məscidin memarlığı barədə düşünməyə başlamışdım. Şuşa memarlığının öz xüsusiyyətləri var və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda tikilib. Ona görə fikirləşirdim ki, yeni tikiləcək məscidin memarlığı necə olmalıdır. Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim. Nəhayət, bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. On birinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlayıblar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır. Bu, ilkin versiyadır, bunun üzərində hələ iş aparılacaq, müəyyən dəyişikliklər ola bilər.

Əlbəttə ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr gününü əks etdirəcək. Həm yuxarıdan baxanda 8 rəqəmini görmək mümkün olacaq, həm də aşağıdan baxanda. Məscidin yeri də təsadüfən seçilməyib. Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaq. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar