Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rasim Balayev Şuşaya niyə getməyib?

"Hazırda səhhətimdə müəyyən problemlər var, möhkəm soyuqlamışam, qızdırmam düşmür. Bu səbəbdən də Şuşada keçirilən Xarıbülbül festivalına gedə bilmədim. Sağ olsunlar, sayıb dəvət etmişdilər, sadəcə mən onlara öncədən bildirmişdim ki, gedə bilməyəcəm".

Bunu moderator.az-açıqlamasında Xalq artisti Rasim Balayev bildirib. Sənətkar daha sonra əlavə edib.

"Şuşaya getmək mənim çoxdankı arzum idi, lakin alınmadı. Onu da sizə deyim ki, artıq ikinci dəfədir ki, Şuşaya dəvət olunsam da getmək qismət olmur.

Bir dəfə də qış ayında gedəndə səfər edəcəkdim, onda da səhhətimə görə qaldım. Mən yalandan söz verib, insanları pis durumda buraxmaqdan qorxduğum üçün imtina etmişdim.

Bu böyük məsuliyyətdir. Qarşıdan yay ayları gəlir, inşAllah ki, havalar da düzəlsin, özüm gedəcəm. Sonuncu dəfə Şuşada Cıdır düzündə 1989-cu ildə olmuşam, daha sonra getmədim, bir neçə il sonra qəddar düşmən Şuşanı işğal etdi" deyə xalq artisti bildirdi.

Rasim Balayev Xarıbülbül festivalından da danışıb.

"Festivala gedə bilməsəm də ürəyim orada idi. Çox gözəl təşkil olunmuşdu, çox bəyəndim. Hər şey çox yaxşı idi, bunu sözlə ifadə etmək çətindir.

O ki, qaldı orada iştirak edən sənət adamlarına. Hansı sənətçiləri layiq bilmişdilər, onları da çağırmışdılar, Bir növ ürəyimizdən tikan çıxdı, keçən il mayın 8-də ermənilər orada yeyib-içib, kef edirdilər.

Paşinyan yallı gedirdi, biz onlara göstərdik ki, yallını necə getmək lazmdır!" deyə Rasim Balayev bildirib.

pia.az 


Etiket: Rasim Balayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar