Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Demokratları və Fələstin - Demokrat Partiyasının aparıcı simaları İsrailə niyə sərt şəkildə qarşı çıxırlar?..

Mövcud böhranla bağlı hakim Demokratlar Partiyasının dəhlizlərində prezident Baydenin İsrailə olan münasibəti ilə sol qanadın mövqeyi arasında açıq bir ziddiyyət var...

Robert Ford
“Şarkul Avsat” qəzeti, 16 may 2021-ci il

Fələstin-İsrail qarşıdurması, ümumiyyətlə, ABŞ xəbər proqramlarında və mediasında çox da əks olunmur. Ancaq son bir həftə ərzində Şərqi Qüdsdə, Qəzza zolağında və İsraildə baş verən hadisələr Demokratlar Partiyasının ən görkəmli və tanınmış siyasətçiləri arasında İsrailə qarşı güclü bir tənqidi vəziyyət yaradıb.

Müqayisə üçün qeyd edək ki, Respublikaçılar Partiyasının İsrailin davranışları ilə bağlı dəyişməz müdafiə siyasəti eyni şəkildə davam edir.

Bəs niyə görə bəzi ABŞ-lı Demokrat siyasətçilər Respublikaçı siyasətçilərdən fərqli olaraq, İsrailə tənqidi və sərt şəkildə qarşı çıxırlar?

Merilend Universitetindən Fələstin əsilli siyasətşünas professoru Dr. Şibli Telhami keçən il apardığı bir sorğuya şəxsən rəhbərlik etmişdi. Bu anketdə Respublikaçılar Partiyası üzvlərinin İsrailə kömək etməyə başqalarından daha çox can atdıqları ortaya çıxmışdı. Xüsusilə Respublikaçı olan keçmiş prezident Donald Tramp administrasiyasının vəzifədə olduğu müddətdə qəsdən İsrailin maraqlarını qoruduğunu nəzərə alsaq, bu, heç də təəccüblü deyildi.

Həmçinin, prof. Telhaminin fikrincə, Demokratlar Partiyası tərəfdarları böyük ölçüdə mövcud Demokrat adminstrasiyanın Fələstin-İsrail münaqişəsinə bitərəf yanaşmasını və ya Fələstin tərəfinə daha çox yardım etməsini istəyir.

Lakin bu nöqtədə çox vacib bir sual ortaya çıxır: ABŞ-da İsrailə kömək etmək əvəzinə, fələstinlilərə kömək etməyi seçən, hətta arzulayan bir siyasi partiya ilə nə vaxt rastlaşdıq?

Bu ilin fevral ayında ABŞ mərkəzli ictimai araşdırma şirkəti olan “Gallup” tərəfindən aparılan sorğunun nəticəsi isə xüsusilə maraqlıdır. Demokratların 2/3-si İsrail haqqında müsbət fikirdədir, lakin yenə də anketin əhatə etdiyi Demokratların 2/3 hissəsi müstəqil Fələstin dövlətinin yaradılması fikrini dəstəkləyir. Həmin anketdə iştirak edən Demokratların əksəriyyəti isə ABŞ hökumətinin fələstinlilərə deyil, daha çox İsrailə təzyiq göstərməsini tələb edirlər.

Digər tərəfdən, Demokratlar Partiyasının dəhlizlərində bu mövzuda partiyanın təcrübəli üzvləri ilə gənc üzvləri arasında böyük bir fikir ayrılığı var.

“Pew” Araşdırma Mərkəzi tərəfindən 2019-cu ilin aprel ayında keçirilən bir anketə görə isə Demokratlar Partiyasının gənc üzvləri İsraillə müqayisədə, Fələstinə daha dəstəkləyici və müsbət yanaşırlar. Bundan əlavə, Demokratlar Partiyasının gənclərinin açıq şəkildə yaşlı Demokratlara nisbətən, fələstinliləri daha çox dəstəklədikləri ortaya qoyulub.

Eyni kontekstdə, maraqlıdır ki, Respublikaçılar Partiyasının gənc üzvləri arasında da partiyanın yaşlı üzvləri ilə müqayisədə, fələstinlilərə qarşı açıq bir simpatiya var. Bununla birlikdə, Fələstin tərəfinə qarşı müsbət və dəstəkləyici fikirlərə sahib olan gənc Demokratlar Respublikaçı gənclərdən sayca daha çoxdurlar.

2019-cu ildə aparılan başqa bir araşdırmaya görə də ABŞ-dakı mülayim Demokratların 44%-i prezident Trampın İsrailə böyük və güclü dəstək verdiyinə inanır. Liberal Demokratların 66%-i isə İsrailə həddindən artıq dəstək verildiyini düşünür. Əlbəttə ki, Demokratlar Partiyasının gənc üzvlərinin əksəriyyəti siyasi baxışlarında sola meyilli və fikirlərində daha liberaldırlar.

Bütün bunlara baxmayaraq, Demokratlar Partiyasındakı sol qanadı təmsil edən 5 ABŞ senatorunun ABŞ dövlət katibi Entoni Blinkenə İsrailin işğalçı bir güc kimi məsuliyyətlərini yerinə yetirib, Fələstin xalqına koronavirus peyvəndləri verməsi üçün ABŞ-ın təzyiq göstərməsi yönündə çağırışlar etməsi təəccüblü deyil. Bu vacibdir, çünki ABŞ Konqresinin əksər üzvləri İsraili işğalçı bir dövlət adlandırmaqdan çəkinirlər.

Daha sonra 20 apreldə senator Elizabet Uorren senator Berni Sanders ilə birlikdə işğal altındakı ərazilərdə yaşayan fələstinlilərə qarşı istifadə edilməməsi üçün İsrailə göndərilən Amerika hərbi yardımını məhdudlaşdırması üçün Vaşinqtondakı siyasi adminstrasiyaya çağırış edib. Həmçinin, İsrailin işğal altındakı ərazilərdə genişlənməsinə dair tənqidlərini də yönəldiblər.

Sanders və Uorren Fələstin və İsrail tərəflərinin iki dövlətli bir həll yolu tapmasına kömək etməsi üçün prezident Co Baydeni güclü bir addım atmağa təşviq ediblər. Keçən il bu iki senatorun prezidentlik kampaniyaları gənclərdən sıx dəstək almışdı. Eyni məzmunda senator Berni Sandersin baş məsləhətçisi Mat Dossun 8 may tarixində İsrailin fələstinliləri qovmaq və Şərqi Qüdsdəki Fələstin məhəllələri üzərində mütləq nəzarətini möhkəmləndirmək üçün səy göstərməsi və beynəlxalq hüququ açıq şəkildə pozması barədəki tweet-i də olduqca diqqət çəkib.

Matt Dossun açıqlamaları ABŞ Dövlət Departamentinin 7 may tarixində yayımlanan və İsrail rəsmilərini Şərqi Qüdsdəki Şeyx Cərrah məhəlləsi sakinlərinə qarşı xeyli rəğbət və hörmət göstərməyə çağıran açıqlamasından daha cəsarətli və güclü idi. Eyni kontekstdə bu ilin fevralında nəşr olunan xəbərlərə əsasən deyə bilərik ki, mövcud ABŞ administrasiyası və Dövlət Departamenti Mat Dossu rəsmi bir vəzifəyə təyin etməyi hədəfləyir. Ancaq nəticə etibarilə, Dossun sola meyilli fikirlərinin Bayden administrasiyasının əsas xüsusiyyəti olan mülayim düşüncələrdən daha güclü və cəsarətli olduğu aydın olur.

Uorren və Sanderslə yanaşı, konkret sol meyillilikləri ilə tanınan ştatlardan seçilən senator Kris Van Hollen və Kris Mörfi də Fələstin vətəndaşlarının Şərqi Qüdsdəki Şeyx Cərrah məhəlləsindən qovulmasını qeyri-qanuni hesab edir.

Yeri gəlmişkən, hakimiyyətdə olan Demokratlar Partiyasının sol qanadını təmsil edən bir qrup ABŞ Nümayəndələr Palatası üzvü İsrailin Şərqi Qüdsdəki addımlarını qınayıb.

Senator Uorren, Sanders və Van Hollenin İordaniyanın qərbində ABŞ-ın hərbi yardımlarının istifadəsinə məhdudiyyət qoymaq çağırışına bənzər şəkildə, ABŞ Nümayəndələr Palatasında da həmin məhdudiyyətlərin tətbiq edilməsini dəstəkləyən kiçik bir blok var. Həmçinin, maraqlıdır ki, sözügedən Konqresdəki sola meyilli qrupun lideri Minnesota ştatı mərkəzindəki sol cərəyanı təmsil edən və keçmiş məktəb müəllimi olan Demokrat Nümayəndələr Palatası üzvü Betti Mekkollumdur.

Daha əvvəl ABŞ Konqresində İsrailin bu qədər tənqid olunduğunu xatırlamıram. Lakin unutmayaq ki, mövcud Konqres üzvlərinin əksəriyyəti birbaşa olaraq İsraillə qarşı-qarşıya gəlmək və İsrailə hərbi yardımla bağlı məhdudiyyətlər qoymaq istəmir.

Amerika ictimaiyyəti İsrailin tərəfini tutmağa davam edir. Qəzza zolağından İsrailə qarşı endirilən raket zərbələri Fələstinin Amerika cəmiyyətindəki nüfuzunun yaxşılaşdırılmasına kömək etmir. Mövcud böhranla bağlı hakim Demokratlar Partiyasının dəhlizlərində prezident Baydenin İsrailə olan münasibəti ilə sol qanadın mövqeyi arasında açıq bir ziddiyyət var. Lakin uzunmüddətli perspektivdə Demokratlar Partiyasının yaşlı üzvlərinin yoxa çıxması və gənc üzvlərinin partiyalarını tamamilə Fələstinə yaxın bir siyasətə yönəltmək ehtimalı var.

Lakin iki dövlətli bir həll yolu tapmaq fürsəti tamamilə yox olmadan əvvəl Demokratlar Partiyasındakı bu dəyişikliyin baş verib verməyəcəyi isə hələlik mümkün deyil.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar