Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın kənd təsərrüfatı sektorunun rəqabətliliyi araşdırıldı

Azərbaycan hökumətinin kənd və şəhər yerləri arasındakı fərqləri azaltmaq istiqamətində apardığı siyasət kənd təsərrüfatı iqtisadiyyatını dirçəltmək, regionları inkişaf etdirmək məqsədi daşıyır.

PİA.az xəbər verir ki, bu barədə Azərbaycan kənd təsərrüfatı bazarı və rəqabətcilliyinə dair Dünya Bankının hazırladığı tədqiqatda bildirilir.

“Buna baxmayaraq, ərazi baxımından bərabərsizlik hələ də qalır, iqtisadi fəaliyyət əsasən Bakıda və ətrafında cəmləşir” – deyə, araşdırmada qeyd edilir.

2019-cu ildə ölkədəki işçi qüvvəsinin 36 faizinin cəmləşdiyi aqrar sektor ÜDM-nin cəmi 7 faizini istehsal edib:

Azərbaycan meyvə-tərəvəz məhsullarının istehsalında da, emalında da güclü üstünlüklərə malik olsa da, bu sahədəki potensialını hələ tam üzə çıxarmayıb. Kənd yerlərində məşğulluq imkanlarının və davamlı işgüzar fəaliyyətin kasadlığı, habelə infrastruktur və xidmətlərin əksikliyi problemləri qalır. COVID-19 pandemiyasının səbəb olduğu son iqtisadi sarsıntılar da ölkənin az inkişaf etmiş bölgələrində əhalinin həssas qruplarının gəlirlərinə təzyiq göstərir”.

Həmçinin, bəzi yolların yararsız vəziyyətdə olduğunun qeyd edildiyi araşdırmada soyuducu qurğuların azlığına da işarə edilir.

Tədqiqat müəlliflərinə görə, Azərbaycan aqrar sektoru ifrat bölünmüş vəziyyətdədir, çox sayda kiçik fermer təsərrüfatları var. Bütövlükdə kənd təsərrüfatı istehsalçıları üç yerə ayrılır. Bunlar ailə fermaları və təsərrüfatları, aqrar müəssisələr, özəl sahibkarlardır: “Sözsüz ki, ən böyük qrup ailə fermaları və ev təsərrüfatlarıdır (özləri üçün istehsal edən). Kənd məhsullarına daxili tələbatın çoxalması gəlirlərin artması və şəhərləşmə meyllərindən irəli gəlir. Xırda istehsalla məşğul olan fermerlərin çoxunun öz ərazilərindən başqa bazara çıxmaq imkanları məhduddur. Ərzaq tədarükü zəncirləri zəif təşkil olunub, xırda təsərrüfatlarda əməliyyatlar əsasən birdəfəlikdir və baha başa gəlir”.

Bundan əlavə, kənd təsərrüfatı məhsullarının daxili tədarük zəncirinin keyfiyyət, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi standartlarına uyğun gəlməsinin vacibliyi də qeyd olunur. Yerli sakinlərə məxsus kiçik istehsal müəssisələrinin istehsalat, soyuducu və s. müəssisələr yaratmaq üçün nə maliyyə vəsaiti, nə də sahibkarlıq bacarığı var. Nəticədə məhsul xarab olur, maddi ziyan dəymiş olur. İnfrastrukturun yoxluğu üzündən fermerlər öz məhsullarını mövsüm ərzində cüzi qiymətə satmaq məcburiyyətində qalırlar.

Araşdırma müəlliflərinə görə, kənd yerlərində qadın istehsalçıları dəstəkləmək hökumətin öncül hədəflərindəndir. Belə ki, işləyən qadınların 42 faizi kənd təsərrüfatının, daha çox az gəlirli sahələrin payına düşür. Beləliklə, kənd təsərrüfatı qadınların ən çox çalışdığı sektordur. BMT İnkişaf Proqramının 2020-ci ildə insan inkişafı hesabatına əsasən, Azərbaycanda qadınların ÜDM məbləğində əvvəlki dövrə nisbətən müəyyən irəliləyiş əldə olunub, buna baxmayaraq, kişilərin ÜDM məbləğindən xeyli aşağı olub. Həmçinin, SalyanBiləsuvar rayonları ilə bağlı aparılan təhlillərə görə, ev təsərrüfatlarının tək qadınların rəhbərliyində olan 9 faizi digərlərinə nisbətən daha az gəlirlidir.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar