Cümə axşamı, 17 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Sərhəd gərginliyi Azərbaycana qarşı iqtisadi sanksiyalara dönüşə bilərmi?

Erməni diplomatiyasının və diasporunun tam aktivləşdiyi bu günlərdə sərhəd məsələsinin Azərbaycanın əsas tərəfdaşları ilə iqtisadi əlaqələrinə təsirləri ola bilərmi?..

İqtisadçı-ekspert: “Azərbaycanla Ermənistan arasında olan sərhəd gərginliyinin getdikcə artacağını düşünmürəm”.

Ermənistan əlində olan müxtəlif media resurslarından, dünyadakı lobbi qruplarından istifadə edərək öz mövqeyini daha çox dünyaya sırımağa çalışır. Bunun əks təqdimatını da Azərbaycan tərəfi etməlidir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli son günlər ErmənistanAzərbaycan sərhəddində yaranan gərginliyin Azərbaycana təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi artıq neçə gündür ki, ErmənistanAzərbaycan sərhəddində gərginlik yaşanır və buna görə Azərbaycana qarşı Qərbdən təzyiqlər artır. Belə ki, Minsk qrupunun həmsədrlərindən olan Fransanın Prezidenti Emmanuel Macron Azərbaycanı Ermənistan sərhədlərini pozmaqda ittiham edib.

O, Facebook hesabında erməni dilində “Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisinə keçib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm: Fransa sizinlə həmrəylik içindədir və olmağa davam edəcəkdir” yazıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price isə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırıb.

Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri yaxından izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük və vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq”, - ABŞ rəsmisi cümə axşamı günü Twitter hesabından yazıb.

Dünən yayılan məlumata görə isə Rusiya sülhməramlılarının komandanı general polkovnik Rüstəm Muradovun vasitəçiliyi keçirilən danışıqlarda razılıq əldə olunub. Razılığa əsasən Azərbaycan bundən etibarən Qaragöl ətrafında yerləşdirdiyi hərbi hissəni geri çəkəcək və həm Ermənistan, həm də Azərbaycan ərazidə hər biri 15 nəfərdən ibarət olmaqla 4 post quracaqlar. Xatırladaq ki, bu məlumat hələ də rəsmən təsdiqlənməyib.

Postmüharibə dövründə sərhədlərin müəyyənləşdirilməsi fonunda yaranmış bu situasiya Azərbaycana qarşı iqtisadi sanksiyalara dönüşə bilərmi? Ümumiyyətlə, sərhəd gərginliyinin erməni diplomatiyasının və diasporunun tam aktivləşdiyi bu günlərdə Azərbaycanın əsas tərəfdaşları ilə iqtisadi əlaqələrinə təsirləri ola bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Azərbaycanın sərhədini bərpa etməsi ilə bağlı bəzi ölkələrdən müxtəlif bəyanatlar səsləndirildi. Amma düşünmürəm ki, bu bəyanatlar sonuc etibarilə Azərbaycanla münasibətlərin korlanması səviyyəsinə qədər gəlib çatacaq”.

Sərhəd məsələsində Azərbaycanın haqlı mövqe olduğunu vurğulayan ekspert PİA.az-a bildirib ki, Azərbaycan tərəfi beynəlxalq mediayaya, beynəlxalq institutlara, beynəlxalq ictimaiyyətə öz haqlı mövqeyini sənədlərlə daha dolğun şəkildə çatdırmalıdır:

Azərbaycanla Ermənistan arasında olan sərhəd gərginliyinin getdikcə artacağını düşünmürəm. Amma Azərbaycan tərəfi öz haqlı mövqeyinin təqdimatını genişləndirməlidir. Çünki sərhədlərin dəqiqləşdirilməsi və sərhədlərin toxunulmazlığının tanınması hər iki ölkə üçün vacibdir.

İndi Azərbaycan SSRİ tərkibində olarkən olan sərhədləri çərçivəsində öz sərhədlərini bərpa etməyə çalışır. Bu da 10 noyabr sazişində öz əksini tapan məqamlardan biridir. Sadəcə olaraq biz bunun təqdimatını daha da genişləndirməliyik. Yəni Azərbaycan tərəfi beynəlxalq mediayaya, beynəlxalq institutlara, beynəlxalq dövlətlərə öz haqlı mövqeyini sənədlərlə, münaqişə ilə bağlı məlumatları isə daha dolğun şəkildə çatdırmalıdır.

Natiq Cəfərli: “Dünya mediasında beynəlxalq ekspertlərin, həmçinin böyük media qurumlarında Azərbaycanın haqlı mövqeyini müdafiə edə biləcək şəxslərin çıxışlarını təşkil etmək lazımdır”.

Bu daha vacib məsələlərdən biridir. Çünki faktiki olaraq haqlı tərəf bizik. Sadəcə Ermənistan əlində olan müxtəlif media resurslarından, dünyadakı lobbi qruplarından istifadə edərək öz mövqeyini daha çox dünyaya sırımağa çalışır. Bunun əks təqdimatını da Azərbaycan tərəfi etməlidir. Dünya mediasında beynəlxalq ekspertlərin, həmçinin böyük media qurumlarında Azərbaycanın haqlı mövqeyini müdafiə edə biləcək şəxslərin çıxışlarını təşkil etmək lazımdır. Hətta Azərbaycan diplomatiyası da daha aktiv olmalıdır. Onlar bu məsələ ilə bağlı rəylər bildirən xarici dövlətlərə sənədlərə birgə müraciət edib Azərbaycanın öz sərhədlərini bərpa etməyə cəhd etdiyini göstərməlidirlər.

Azərbaycanın sərhədini bərpa etməsi ilə bağlı bəzi ölkələrdən müxtəlif bəyanatlar səsləndirildi. Amma düşünmürəm ki, bu bəyanatlar sonuc etibarilə Azərbaycanla münasibətlərin korlanması səviyyəsinə qədər gəlib çatacaq. Mən bunu gözləmirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket: Sərhəd


Digərxəbərlər

Populyar xəbərlər

Vilayət Eyvazov məşhur DYP rəisini işdən çıxardı

Operativ qərargahdan yeni qərar: Daha yeddi ölkədən səfərə icazə verildi

Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov məhkəmədə üz-üzə gələcək

DSX: Laçında iki hərbi qulluqçumuz vəfat edib - Yenilənib, Foto, Video

80 ildən sonra yenilənən “Atlantik Xartiyası”nın məqsədi nədir və hədəfi hansı ölkədir?

“Bizə 6 milyonu çox görürlər, özlərinin 60 milyonluq villası var" - Nazirə sərt cavab

Əminə Ərdoğanın “Başqa əsir varmı?” sualına Əliyevin cavabı: “Var, var…” - Video

Azərbaycanda yüksək vəzifəli şəxsin polis oğlu karantində dəbdəbəli toy edib? - Açıqlama

Əməkdar artist: “Bağışlaya bilirsən, amma qucaqlaya bilmirsən“

Natiq Fərzəliyev: “Arif Quliyevin məzarını görəndə pərt oldum” - Fotolar

İlham Əliyevlə Ərdoğan arasında Şuşa yolunda maraqlı dialoq - Video

Ən çox oxunanalar