Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ağstafada qadının yaşadığı mənzildə meyiti aşkarlanıb - Foto, Yenilənib

Ağstafa rayonunun Köçəsgər kəndində törədilən qətlin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 62 yaşlı Hüseynova Çiçək Əli qızı 30 ildən çoxdur, tək yaşayıb. Hadisə yerinə baxış keçirilib və onun boğularaq qətlə yetirildiyi ehtimal edilir.

Qonşularının dediyinə görə, qadının üzərindəki qızıl-zinət əşyaları götürülüb. Cinayətin oğurluq məqsədi ilə törədildiyi şübhə doğursa da, hadisənin başvermə səbəbləri, cinayətin kim və ya kimlər tərəfindən törədildiyinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, onun meyiti qonşular tərəfindən aşkarlanıb.

***

Ağstafa rayonunda evdən meyit aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Sabirabadda avtomobil kanala aşıb, sürücü ağır xəsarət alıb - FOTO - VİDEO
Azərbaycanda zəlzələ olub
Abşeronda piyadanı avtomobil vuraraq öldürüb - FOTO
Kənd sakini 1959-cu il təvəllüdlü Ələkbərova Çiçək Əli qızının meyiti qonşular tərəfindən yaşadığı evdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Qadının meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə aparılıb.

Ç.Hüseynova qətlə yetiriləndən sonra evindən qızıl-zinət əşyaları oğurlanıb.

Onun tək yaşadığı bildirilib. İlkin məlumata görə, 62 yaşlı qadın əri tərəfindən öldürülüb. Ç.Hüseynovanın naməlum şəraitdə boğularaq qətlə yetirildiyi açıqlanıb.

Kənd sakinlərinin sözlərinə görə, qadın 32 ildir ailəli olsa da, övladı olmayıb. Hazırda Cinayəti törədən şəxsin və şəxslərin axtarışları istiqamətində əməliyyat axtarışlarına başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Zibillikdən 400 illik rəsm əsərləri tapıldı - Polis sahibini axtarır

Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

Paşinyan növbəyə dayandı, səs verdi, heç nə deməyib getdi - Yenilənib

“Ermənilərin qatili” – Köçəryan üçün gözlənilməz zərbə

Ən çox oxunanalar