Ucarda traktor piyadanı vuraraq öldürüb.
Hdisə ötən gün Bakı-Qazax yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində baş verib. Traktor yolu keçən piyada, Ucar rayonunun Qazıqumlaq kənd sakini, 1983-cü il təvəllüdlü Xəqani Oktay oğlu Murtuzovu vurub. Müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilənX. Murtuzov bu gün orada ölüb.
Faktla bağlı araşdırma aparılır.(apa)
pia.az