Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

AzTV ilk dəfə maliyyə hesabatını açıqlayıb - zərərlə işləyirmiş

Azərbaycan Televiziya və Radio Verlişləri” QSC (AzTV) 2019-cu ili 2,598 milyon manat xalis zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 53,2% və yaxud 2,1 dəfə azdır.

2019-cu ildə AzTV-nin gəlirləri 34,242 milyon manat (2018-ci illə müqayisədə 5,1% çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 32,938 milyon manat (1,4% çox), birja əməliyyatlarından gəlirləri 541 min manat (5,9 dəfə çox), sair əməliyyat gəlirləri isə 763 min manat (əvvəlki il olmayıb) təşkil edib.

İl ərzində səhmdar cəmiyyətinin xərcləri isə 36,75 milyon manat (3,5% az), o cümlədən sərf etdiyi materialların dəyəri 1,017 milyon manat (7,8% çox), əmək haqqı xərcləri 19,021 milyon manat (16,6% çox), amortizasiya xərcləri 4,851 milyon manat (17,4% az), sair əməliyyat xərcləri isə 11,861 milyon manat (20,8% az) təşkil edib.

2019-cu ildə AzTV 90 min manat mənfəət vergisi ödəyib ki, bu da 2018-ci illə müqayisədə 4,7 dəfə çoxdur.

2020-ci i il yanvarın 1-nə səhmdar cəmiyyətinin aktivləri 27,514 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4% azdır. Hesabat dövrünə qurumun öhdəlikləri 4 dəfə artaraq 2,553 milyon manata çatıb, balans kapitalı isə 11% azalaraq 24,961 milyon manata düşüb.

Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident Ilham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Danışa bilmir” deyilən Əkrəm Əylislidən açıqlama

“Bizim problemimizi ancaq Putin həll edə bilər...”

Qanı batırılan və unudulan vəkil - İlham Rəhimovun verdiyi vədin sonu nə oldu?

Yenə EGE Hospital: 8 iznsiz əməliyyat, klebsiella mikrobu, 80 min ziyan, koma...

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Rusiya düşməndirsə, o zaman 3+3 platforması necə qurulacaq?

Ən çox oxunanalar