Ermənistanda "Metsamor" AES-in fəaliyyəti təmir məqsədi ilə 141 gün müddətinə dayandırılıb.
Bu barədə Ermənistan AES-in rəsmisi Artur Qriqoryan məlumat verib.
O qeyd edib ki, AES-in ikinci enerji blokunun modernləşdirilməsi istiqamətində son vacib işlər görüləcək və proses artıq bu gündən etibarən başlayıb.
AES-in modernləşdirilməsi istiqamətində işləri Dövlət Atom Enerji Korporasiyasının "Rosatom" bölməsi həyata keçirəcək. (Axar.az)
pia.az